“MƏN AZƏRBAYCAN GENERALIYAM...” - Fransaya köçdüyü deyilən general danışdı

Cavanşir Məmmədov: “Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram”

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Cavanşir Məmmədovun haqqında son günlər haqda ayrı-ayrı saytlarda yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, general Məmmədov Fransaya köçüb və həmin ölkədə 20 milyon avro miqyasında biznes qurub. Bu və başqa iddialarla bağlı C.Məmmədov "Yeni Müsavat" qəzetinə açıqlama verib. Generalla qısa söhbəti təqdim edirik:

- Cavanşir müəllim, Sizin telefonunuzu çox çətinliklə tapdıq. Ona görə də xahiş edirik ki, bizi dinləyin. Bir neçə sualımız var. Onları cavablandırasınız.

- Əlbəttə, olar buyurun.

- Cavanşir müəllim, neçə gündür ki, saytlar sizdən yazır, siz isə susqunluq göstərirsiniz.

- Nə yazırlar ki, maşallah, o qədər sayt var ki. Hamısını oxumağa vaxtmı var?...

- Yazırlar ki, Avropaya - Fransaya köçüb, orada 20 milyon avro civarında biznes qurmusunuz, doğrudurmu?

- Xeyir, mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm. Nəinki Fransada, ümumiyyətlə, dünyanın heç bir ölkəsində, hətta doğulduğum Gürcüstanda 1 manat da olsa, sərmayə yatırmaq ağlıma belə gəlməyib. Bir də ki, mən xaricə getmişəm ki, orada da biznes quram?! Bu lap gülməlidir ki!... Xaricə getmək qəbahət deyil. Amma sözlərimin səmimiyyətinə inanın. Bakımız gözəl şəhərdir. Bakı kimi doğma, yaşamalı şəhərmi var?...

Mən bütün varlığımla Azərbaycana bağlıyam. 1988-ci ildə Azərbaycanın ağır günlərində mən Rusiyada öz isti iş yerimi qoyub, bir zabit kimi vətənin harayına gəlmişəm. Və bundan da heç vaxt peşman olmamışam. Əksinə, hər zaman qürur duyuram. Bütün varlığımla Azərbaycanımıza layiqli xidmət edib fayda verməyə çalışmışam. Ölkəmizdə ictimai təhlükəsizliyin qorunmasında, stabilliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin gördüyü danılmaz xidmətlərdə təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim də müəyyən əməyim olub. Azərbaycan dövlətinin varlığı mənim üçün hər şeydir. Və bu dövlət, bu vətən, ulu öndərimiz Heydər Əliyev və bu günkü prezidentimiz İlham Əliyev, mənim xidmətlərimi yüksək qiymətləndirib. Mən Azərbaycan generalıyam. Bundan artıq fəxr olunmalı başqa nə var ki?!

- Cavanşir müəllim, başqa bir məlumat da yazıblar ki, Sabunçu rayonunda “Oba market” və digər obyektlər sizə məxsusdur.

- Bəs bayaq deyirdiniz ki, Parisə köçmüşəm. İndi də Sabunçu? İndi də o boyda Parisdən Sabunçudakı hansısa marketəmi qayıtdınız? Sabah yazsalar ki, “Eyfel” qülləsini də mən almışam, heç təəccüblənmərəm. İnanın, bunların hamısı boş və mənasız uydurmalardır.

- Bəs bu söhbətlər nə ilə əlaqədardır?

-Vallah bilmirəm. Həmişə dedi-qodulardan, yalanlardan, çəkişmələrdən uzaq olmuşam. Və bu sayaq adamlarla əlaqəm olmayıb. Hazırda təqaüddəyəm. Nəvələrimin təhsili ilə məşğulam. Məni tanıyanlar bilirlər ki, həm də yazı-pozu adamıyam. Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram.

635x100

Şərhlər

telebe 2018-04-10 13:41:11

yoldash cavanshir 88 ci il Azerbaycanda agir gunler yox Serefli gunler idi ve xalq Xalq Musteqillik ugrunda ayaga qalxmishdi ve olkeni ermenilerden ve onlarin tor-tokuntulerinden temizleyirdi,O zaman rusiyadan bura coxlu emissarlar da gelirdi

kohne 2018-04-10 13:41:11

od olmayan yerden tystu cixmaz

Hasan 2018-04-10 13:41:11

Bakıda Cavanşir .....kralı kimi tanınır. Ne qeder .... var o, hamısından haqq alırdı.

serjant 2018-04-10 13:41:11

Azərbaycan "generalı" azərbaycanda rüşvət yığıb,sonra ölkəni tərk edib,həmin pulları qaçırıb xaricdə biznes qurub özünə başqa həyat qurması nə qədər məntiqlidir?

николай 2018-04-10 13:41:11

VAllah, Cavanşir müəllim, siz Eyfel qülləsini alsanız heç biz də təəccüblənmərik...

Kərbəlayi 2018-04-10 13:41:11

20 milyon yevro polis generralı üçün nə puldur ki, onu da söz-söhbət edirlər. Kişi ömür boyu pul içində oturub korrupsiya ilə mübarizə aparıb. Daha burda nə var ki? Özü də qururla Azərbaycan generalı olması ilə fəxr edir. Malades, əla. Qonşuluqda müxtəlif vəzifələrdə işləyən polis zabitləri var bütün ailə üzvləri birlikdə çalışmalarına baxmayaraq güclə dolandırlar.

cəngərlik sakini 2018-04-10 13:41:11

ürəyim ağrıdı.bu lap acından ölür ki.

G.M 2018-04-10 13:41:11

Allah müəllifə can sağlığı versin.Deyərdi ki,``Azərbaycanda serjanta daş atırsan,gedib Genrala dəyir``.Görün necə bir inkişaf yolu keçmişik ki,Hətta Fransada otellərə daş atırsan Torpaqlarının 25%-i işğal altında olan Azərbaycan Generalına dəyir.

Cəbi 2018-04-10 13:41:11

Baba ömrünü Azərbaycanda yaşamaq olmurdu? Elə yığdığın milyonları da Azərbaycanda biznesə qoyardın da! Azərbaycana məxsus valyuta ölkədən çıxarılmazdı.Yəqin bunu anlaya bilməmisən. Bir də ki, hansı cəbhədə vuruşub vəə hansı igidliyinə görə general rütbəsi almısan? BUnu bir araşdıran olmadığından,sizlərə özünüz yaşıl işıq yandırdığınızdan ölkə bu gündədir.

çina 2018-04-10 13:41:11

...........!generala bax!

AAgahuseyn 2018-04-10 13:41:11

Vallah Cavanşir müəl. bizdə yəni QARADAQDA Rayon Polis rəisi işləyib.O təmiz adam imici qazanmışdı.Düzdür yaxın olmamışıq ancaq yaxşı tanıyıram.Təmiz vicdanlı,bacarıqlı və peşəkar əməliyatcı iydi.Mənim tanıdıqıım Cavanşir.

Son yazılar