MANATI NƏ GÖZLƏYİR? - "Nə qədər ki, neftin qiyməti indiki səviyyədədir..."

manat_290814

“Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük”. Bunu dünən keçirdiyi mətbut konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Ancaq 2015-ci ildə devalvasiyadan sonra Elman Rüstəmovun sözlərinə inam itdiyindən, cəmiyyətdə manatın taleyi ilə bağlı narahatçılıqlar var.  

[caption id="attachment_89319" align="alignleft" width="300"]Samir Əliyev Samir Əliyev[/caption]

İqtisadçı-ekspert Samir Əliyev bu narahatçılığa əsas olmadığını düşünür. "AzPolitika" ekspertin "Facebook" səhifəsindən paylaşdığı yazısını təqdim edir:

"ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. Fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.

Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var.

İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? Əlbəttə, məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil. Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir.

Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq şimal qonşumuzu qarşıda çətinliklər gözləyir".

Elman

AzPolitika.info

635x100

Şərhlər

Bəhram Cəfəroğlu 2018-04-10 15:32:34

ABŞ Bazarın tələbatına və Kapital istehsalına rəayət edir. Ehtimal ki, dövlət bəziləri kimi risqli maliyyə əməllərinə girmir.

Elçin 2018-04-10 15:32:34

Çox maraqlıdı manatın məzənnəsini neftə bağlayan ekspertlərə xatırladaq, qonşu Gürcüstanda nə neft var nədə təbii qaz, niyə lari dev-ya uğramır, bizdəki məsələ neftin qiyməti ilə bağlı deyil, məsələ ağlasığmayan məbləğdə kimə gəldi zaloqsuz verilən kreditlərdədir. Elə MB rəisi Rüstəmovun təhcə özü 700 milyon kredit götürüb. Pulları sağa-sola paylayıblar düşüblər camaatın canına dev-nan həmin kreditləri xalqın cibindən yığırlar.

AYZEK 2018-04-10 15:32:34

MANATI ŞEXÜLİSLAM PARAZADƏNİN FATİHƏSİ GÖZLƏYİR!

Səhv fikirlər 2018-04-10 15:32:34

...”hazırda manatın “buxovu” Mərkəzi Bankın timsalında hökumətin əlindədir”...... manatın buxovu ARDNF-dadır; AMB, qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda sadəcə icraçıdır...........“ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər”..... məgər bundan öncəki ucuzlaşdırmaların bu baxımdan hansısa səmərəsi oldu???....)))))

Mənasız dəlillər 2018-04-10 15:32:34

.........”Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir”.......məgər 2014-cü ilin sonu bu parametrlər bundanda yaxşı səviyyədə deyildi??? 2015-in fevralı gəlmədi bu göstəricilər şəraitində???

Açar fikir budur 2018-04-10 15:32:34

.....”məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil”…..

G.M 2018-04-10 15:32:34

Azərbaycan Manatını qorxulu heç nə gözləmir.E.Rüstəmov Dua yazdırıb,qoyub manatın başaltısına.Maliyə nazirimiz də ``qurd ağzı bağlatdırıb``.İnşəallah Rubl və Lirənin 40-ı çıxana kimi əlavə Neft Vitamini də qəbul edib duruş gətirəcək.Ancaq süst olacaq

николай 2018-04-10 15:32:34

Sabah və ya birisi gün manatın devalvasiyası tamamilə ümkündür, hazır olun.

Son yazılar