NEFT FONDU VTB-də 5 İLƏ QAZANDIĞINI BİR GÜNDƏ İTİRDİ - 50 milyonluq itki

neft fonduSon iki gündür Rusiya iqtisadiyyatında kəskin təlatümlər müşahidə olunur. Amerikanın rusiyalı dövlət rəsmilərinə, siyasətçilərə və dövlət başçısına yaxın olan bir çox oliqarxa tətbiq etdiyi sanksiyaların təsiri Rusiya iqtisadiyyatında 2017-ci ilin əvvəlindən müşahidə olunan stabil durumu daha da kəskinləşdirib, nəticədə Rusiya fond birjası çöküb. Bu barədə Qaynarinfo-ya iqtisadçı-ekspert Zamiq Şükürov qısa şərhində bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, 2 gün ərzində rusiyalı oliqarxların sanksiyalar nəticəsində itkisi 15 milyard ABŞ dollarından artıq olub, "Mosbirja”da oliqarxlara məxsus şirkətlərin səhmləri kəskin ucuzlaşıb, hətta "Rusal" şirkəti texniki defolta yaxınlaşıb.

"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarları sırasında olduğu Rusiyanın ən böyük banklarından biri olan VTB Bankın prezidenti Andrey Kostinin Amerikanın sanksiya siyahısına düşməsindən sonra bankın səhmləri "Mosbirja” da 10%-ə qədər ucuzlaşıb. VTB Bankın səhmlərinin ucuzlaşması nəticəsində ARDNF-in səhmlərin dəyərində bir gün ərzində 50 milyon ABŞ dolları həcmində itki olub. Rusiyada birjaların çökməsi fonunda bu itkilərinin daha da artacağı qaçınılmazdır.

Məlum olduğu kimi, ARDNF 2013-cü ildə Bank VTB-nin (Rusiya) səhmlərinin 2.95 faizini əldə edib. Səhmlərin dəyəri 500 milyon ABŞ dolları təşkil edib. ARDNF-in son bir neçə ildə VTB Bankdan əldə etdiyi dividendin həcmi 1,2 mld rubl (təqribən 25,3 milyon ABŞ dollar) təşkil edib", - deyə ekspert bildirib.

635x100

Şərhlər

Bankirə-maliyyəçidən 2018-04-10 22:19:02

Siz bankı dağıtmaqdan danışırsan.Məgər bu bank dövlətin deyil.onun Nizamnaməsi,qanun-qaydaları yoxdur? ABB bildiyin kimi müşahidə şurasının qərarı olmadan kredit vermir.Tək Hacıyevin işi olmadığını hamı bilir.Amma o tək həbs olundu.Belə neqativlərin yaranmasına səbəb olanlar elə neft fonduna da əl uzada bilir.Ona görə Sizin fikrinizlə şərik olmaq olmaz.Bir analiz et,gör ABB bu ölmüş kreditləri kimə,nə üçün və niyə,hansı əsasla verib.Sonrası ilə kim necə məşğul olub.O zaman fikrimin doğru olduğu bəlli olar.

Natiq Davudov 2018-04-10 22:19:02

Onsuz da biz 30 ildir itirə-itirə gedirik.Mİlyardlarla gıliri olan ölkənin pensiyaçısı 50-70 ABŞ dolları pensiya alır.Bax.bu dəhşətdir!

Bizim hara getdiyimizi bilən var??? 2018-04-10 22:19:02

Qurumda aktivlərin idarə olunması, risklərin idarə olunması bölmələri yaraşıq üçün yaradılıb, hara baxırlar onlar və onlara rəhbərlik edən??? Mən biləni vəsaitlərin bir hissəsi də rusiya rublunda saxlanırdı və rubl ucuzlaşanda nə qədər də itki o zaman olmuşdu, həmçinin mühüm itkilər aktivlərin qızıla çevrilməsi zamanı olmuşdu. Şəffaflıq, açıq müzakirələr və layiq olduğun qiyməti almayanda belə olur, nə gedir bağdan gedir!!!

bankir 2018-04-10 22:19:02

EYYYYY maliyyeci bizim banklarda meselen sen deyen kimi ABB de deopzitmi saxlamaq olardi? Bizim banklar yetimler evi kimi bir seydir ne versen yeyecekler! Deyirsen Cahangir orda da bu pullari eriderdi? senin kimi maliyyecisi olanin ele pulu xarici banklarda olsa yaxsidir! :-)

Famil 2018-04-10 22:19:02

Analoqu olmayan iqtisadi siyaset bele olar.ozumuzde banklar 25-30 faizle kredit verdiyi halda xaricde 1 faizle sermaye qoyanda sonu bele de olmaliydi.

maliyyəçi 2018-04-10 22:19:02

Neft fondu niyə ölkənin öz bankından( məsələn ABB) imtina edib digər banklarda pul gizlədir ki, o da dəyərini itirir? Belə maliyyəçilikmi olur?Bir məbləğə diqqət edin! Bu məbləqlə müavinət , pensiya və maaşları nə qədər artırmaq olardı.Sonra da deyirlər biz iş bilirik.Savadsız,təcrübəsiz qohumları iş başına qoyanda necə olmalı idi ki?

miri 2018-04-10 22:19:02

"Haramla tikilən ev abad olmaz". Sabun köpüyunun bir gün desildiyi gün olmalı idi. Yəqinki, bu itkinin bərpa etmək üçün yaxın günlərdə manatın dəyərini (baxmayaraq ki,neftin qiyməti qalxır) dəyişərək çıxış yolunu taparlar. Yazıq millət, başın sağ olsun.

Son yazılar