ERMƏNİSTANDA FASİLƏSİZ MİTİNQLƏR BAŞLAYIR - Sarkisyanın baş nazirliyinə qarşı...

Aprelin 13-də Ermənistanda bir sutka fasiləsiz davam edəcək mitinq keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu deputat Lena Nazaryan parlamentdə çıxışı zamanı bildirib.

“11 gün əvvəl “Çıxış” fraksiyasının başçısı Nikol Paşinyan “Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümürüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək, Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18.30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçikilər təyin olunacaq”, - L.Nazaryan vurğulayıb.

O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün “Azadlıq” meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb.

635x100

Şərhlər

secici 2018-04-11 10:40:20

Bu cinayetker oz milletini de bezdirib Vezifeden el cekmeyenlerin korrupsiya ugramis memurlarin eqibeti eynidir O olkeden qacmasa ermenler ona linc edecekler Siqanacaq yeri buna veren Amerika olacaq

taxta 2018-04-11 10:40:20

Düşmənlərimizin sağ əli olsun bezi yatmış millətlərin başına.

Bakılı 2018-04-11 10:40:20

Məgər, Ermənistanın keçmiş anti-Azərbaycan vətəndaşı-terrorbaşı S.Sərkisyana alternativ Baş nazir namizədləri yoxmu?

G.M 2018-04-11 10:40:20

Ancaq nədəndirsə Serjik ermənilərə demir ki,Qarabağı ətraf Rayonlarla birlikdə 25% Azərbaycan torpağını işğal edib vermişəm istifadənizə,Heç bir Faydalı təbii ehtiyatı olmayan ölkədə Yanacaq Neft ölkələriylə eyni qiymətədir.........Ermənilər də Azad Avropasayağı yaşamaq istəyirlər.Bizdə də namizədliyini verən özünə səs vermir.Dünyanı bizə güldürürlər.

Son yazılar