“Trampın bəyanatı gözlənilməz olmadı”- Suriya XİN

“ABŞ-ın səsləndirdiyi “düşüncəsiz eskalasiya” Dəməşq üçün gözlənilməz olmadı”.

APA-nın “SANA” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Suriya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Bu bəyanatı Suriyada terrorçulara sponsorluq edən və buna hələ də davam edən bir ölkə verirsə, təbii ki, gözlənilməz deyil”, – deyə mənbə bildirib.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə anons verib və Rusiyanı hazır olmağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar