MSK YEKUN NƏTİCƏLƏRİ AÇIQLADI - İkincilik kimə və niyə verildi? (Yenilənib)

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.

"AzPolitika"nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizinin sayılmasından sonra ortaya çıxan nəticələri elan edib. Prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,03% (3 397 664 səs) qalib olub.

Digər namizədlərin aldığı səslər aşağıdakı kimidir:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,11% (123 006 səs);

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03% (119 674 səs);

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02% (119 390 səs);

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52% (59 977 səs);

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,38% (54 603 səs);

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17% (46 010 səs); -

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% (29 282 səs).

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.

Bülletenlərin əksəriyyəti sayılandan sonra 3 namizədə - Qüdrət Həsənquliyev, Sərdar Cəlaloğlu və Zahid Oruca təxminən eyni sayda səs verildiyi diqqəti çəkir. Maraqlıdır ki, seçki kampaniyası dövründə bir dəfə də olsun xalqdan səs istəməyən, hətta ən başdan İlham Əliyevi dəstəklədiyini açıqlayan Zahid Oruca, təxminən 123 min səs yazılaraq, ikincilik ona verilib. Fikrimizcə, bu anormallıq müəyyən suallar doğuracaq. 

Çox böyük ehtimalla, ikinciliyin Zahid Oruca verilməsi Rusiyaya jestdir. Z.Oruc bütün kampaniya ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edirdi.      

Rasim ƏLİYEV

635x100

Şərhlər

Akif 2018-04-12 17:08:37

Hörmətli redaksiya,Zahir Orucla bağlı qeyd etdiyini şübhə sizi qətiyyən təəccübləndirməsin....................

Abasqulu Ağaya 2018-04-12 17:08:37

Məntəqə duğru işlemeyib. Səs verənlər 77%dən çox siparişə uyğun! Amma, qalib namizədə verilmiş səslərin 75%dən aşağı hesablanması, namizədə layiq deyil, qərəzli münasibəti göstərir?

ABBASQULUAQA 2018-04-12 17:08:37

Mən bir seçki məntəqədə mətəqə seçki komisiyasının üzvi idim.Bu formada ceçki aparmaqın şahidi olmamışdım.Məntəqədə veb-kamera yox idi.Saat 19-00-da daşınmaz qutu buşaldldı.Bületenlərin cox hissəsi topa-topa idi.Ən dəşətlisi o idi ki namizədlərin qarşısında quyulmuş x işarələrini aqardıçı ilə silirdilər.Sonra həmən bületeni 1-çi adamın xeyrinə x işarəsi quyurdular.Mən bu işlə maraqlandım sədr dedi ki yoxarıdan belə tapşırıblar.orada yekunda belə yazıldı 1-çi adama 431.Sihayıda seçıçi 649 nəfər ses verən 501

Sosial-Demokrat 2018-04-12 17:08:37

Artıq, bir şəxsin təhqiramiz riyakarlığı üzə çıxdı. RF Liberal-demokrat sədrindən sonra 4-cü və ya 5-cimi şəxs, Azərbaycan vətəndaşlarını ələ salan "MV" və partiya sədarətindənmiş? Seçiciyə və partiya üzvülərinə kəf gəldiyini "Ana Vətən" adlanan partiyanın namizədi özü açıqlayıb. Görəsəm, "Ana Vətən"in neçə üzvü var? Yoxsa, elə qoşa-iki deputatdan ibarətmiş?

hespe 2018-04-12 17:08:37

Sozsuz xalg seckide ishtirak etseydi,I.Aliyev en azi 50-60 % ses ala bilerdi....

Cindir TV 2018-04-12 17:08:37

Mirwahin hardasan weypuruvu getur gel ....

vetendash 2018-04-12 17:08:37

Mezahir Penahov GENERAL rutbesi ala biler ve Orden ile teltif oluna biler...

anar 2018-04-12 17:08:37

Dediklərinizdən belə çxır ki, 86 % səs də ora əl ilə yazılıb, xalq səs verməyib. Boyyy, siz lap dəlinin yadına daş salırsınız. təcili düzəliş edin, yoxsa vətən xaini çıxacaqsınız....

emil 2018-04-12 17:08:37

Seckilerde texminen 10-12% secici istirak edib. Onlarinda coxusu Serdar Celel ogluna verib.Vessalam özümüzü aldatmiyag.

Sakit 2018-04-12 17:08:37

Burada adama gülməkdən başqa bir şey qalmır....

pensioner 2018-04-12 17:08:37

S.Cəlaloğluna verilən səslərin sayı İ.Əliyevdən sonra qalan namizədlərə birlikdə verilən səslərdən cox olmalıdir.

miri 2018-04-12 17:08:37

Namizədlərin adları və təfəkkürü məmləkətdə siyasin yönünü yaxşı əks etdirib.

Bashirov Qarib 2018-04-12 17:08:37

Z.Oruc özü I.Əliyevə səs verdiyini,qohum əqrəbasının isə ona səs verdiyini bəyan edib.Doyunca gulmuşəm.

Son yazılar