TÜRKİYƏ RUSİYA və ABŞ ARASINDA VASİTƏÇİ OLDU - Moskvadan açıqlama

Rusiya parlamentinin Müdafiə Komitəsinin başçısı, təqaüddə olan general Vladimir Şamanov Suriyanın Duma rayonunda kimyəvi qazdan istifadə iddiaları ilə bağlı yaranmış, Moskva ilə Vaşinqtonu üzbəüz qoyan böhranda Türkiyənin vasitəçi olduğunu bəyan edib.

Artıq Baş Qərargahlar arasında dialoq başlayıb.  Hurriyyet.org Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki,  Rusiya ilə ABŞ Baş Qərargah idarələri arasında yeni təmasın başladıldığını bildirən Şamanov deyib: “Baş qərargahlar arasında dialoq başlanıb. Dialoq şəraiti Türkiyədəki həmkarlarımız tərəfindən yaradılıb. Bundan başqa, NATO əlaqə kanallarından da istifadə edilir”.

635x100

Şərhlər

sual 2018-04-12 12:11:53

NE OLDU PUTİN QAXA DEYİRDİ ANALOQSUZ SİLAHİMİZ VAR İNDİ ABS-a VASİTƏCİ AXTARER?

turan 2018-04-12 12:11:53

Belə duxun var,qorxursan onda niyə cəllad əsədi müdafiə edirsən.20 gün qabağa canlı efirdə basıb bağlayırdı ki, belə raketimiz var belə silahımız var.o dəmir-dümür yığını ilə ancaq Donbasda vuruşa bilərsən .

Son yazılar