PA-dan Abbas Abbasovun açıqlamasına sərt reaksiya - "Hələ də SSRİ xulyası ilə yaşayırsa..."

"Abbas Abbasovun həmin açıqlaması və SSRİ-nin bərpası ilə bağlı xoş fikirlər söyləməsi siyasi baxımdan düzgün olmayan və səhv açıqlamadır. Bu cür fikirlər Azərbaycanın uzun müddət baş nazirinin birinci müavini olmuş və “İstiqlal” ordeni almış şəxsə yaraşmır."

AzPolitika.info-nun məlumatına görə, bunları Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev Publika.az-a müsahibəsi zamanı Abbas Abbasovun "Təəsüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə" böldük" açıqlamasına münasibət bildirərkən deyib.

PA rəsmisi əlavə edib ki, müstəqil Azərbaycan dövlətinin uzun illər baş nazirinin birinci müavini vəzifəsində çalışmış Abbas Abbasovun verdiyi bu açıqlama onun bu vəzifədə işlədiyi dövrdə düzgün olmayan kadr olduğunu göstərir.

"Onun bu açıqlaması Abbas Abbasovun necə baş nazirinin birinci müavini olması və nəzarət etdiyi sahələri göstərir. Bir adam ki, hələ də SSRİ xülyası ilə yaşayırsa, o Azərbaycan hökumətində normal vəzifə yürüdü bilməzdi. Əgər Abbas Abbasovun bu dərəcədə SSRİ-yə məhəbbəti vardısa, o zaman o ulu öndərin müstəqillik qazandıqdan sonra Azərbaycanda kolxoz və sovxozların ləğv olunması və digər bu kimi islahatlara necə dəstək verə bilərdi? Necə bu proseslərdə fəal iştirak edə bilərdi? Sadəcə olaraq, vaxtilə Abbas Abbasov öz kreslosunu tutub orada əyləşib və özünü elə aparıb ki, guya o da bu islahatları müsbət qiymətləndirir və sairə. Bəlkə də Abbas Abbasov bu islahatların tam mahiyyəti üzrə aparılmasına mane olub. Bir daha qeyd edirəm ki, Abbas Abbasovun bu açıqlaması onun siyasətçi və keçmişdə baş nazirinin birinci müavini kimi fəaliyyətini şübhə altına alır."

V.Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar