ATƏT-in MÜŞAHİDƏ MİSSİYASININ MƏTBUAT KONFRANSINDA QALMAQAL - VİDEO

Aprelin 12-də saat 14:30-da ATƏT DTİHB missiyasının konfransında bir qrup hökumətyönlü jurnalist və hakimiyyət nümayəndəsinin qalmaqal yaratmasından sonra missiya tədbiri dayandırmalı olub.

Turan-nın məlumatına görə, missiya seçkilərin gedişində və səsvermə zamanı qeydə alınan pozuntu faktlarını açıqlayarkən sözügedən şəxslər qışqırmağa başlayıblar və etiraz ediblər. Qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlər xüsusilə kəskin reaksiya doğurub.

Qrupdakı adamlar "Yalan danışmağa son qoyun!", "Bu, doğru deyil!" çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər.

Nəticədə tədbir dayandırılıb, missiya üzvləri zaldan çıxıblar. "Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar", - bir qrup şəxs qışqırıb.

Müşahidə missiyasına etiraz edənlərin  «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq qəzeti»ndən Əliqismət Bədəlov  və başqalarının olduğunu bildirilir.

ATƏT DTİHB missiyasının üzvləri 20 dəqiqədən sonra onlar qayıdaraq öz rəylərini oxumağa davam ediblər.

«Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb», – deyən ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker əlavə edib ki, fundamental hüquq və azadlılar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.

O, prezidentin seçki kampaniyasında iştirak etmədiyini, amma xarici nümayəndə heyətlərini qəbul etdiyini vurğulayıb.

«Digər namizədlər prezidenti açıq şəkildə tənqid etməyib. Seçkidə əsl rəqabət mühiti olmayıb. Dövlət orqanlarının işçiləri və tələbələrə təzyiqlər ciddi hadisədir və qarşısı alınmalıdır. Jurnalistlər məcburi həbslərə və suçlanmalara məruz qalıb. Tənqidlərə görə onlar belə halla üzləşiblər», – ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker bildirib.

AŞPA-nı təmsil edən nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea deyib ki, xüsusi koordinatorun dedikləri ilə razıdır. «Hər bir millətin öz rəhbərini seçmək hüququ var. Biz vəziyyəti dərindən təhlil etmişik», – deyə o, hakimiyyəti insan haqlarının vəziyyətini yaxşılaşdırmağa, Venesiya Komissiyasının, ATƏT DTİHB-nin tövsiyələrini nəzərə almağa, Avropa Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.

ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri əlavə edib ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.

635x100

Şərhlər

naxçıvanlı 2018-04-12 18:50:12

Bəhruzun qardaşı Rasim 1995 -ci ildə "Millət" qəzetində 24 oktyabr tarixdə çap olunmuş "Seçkilərin yaxınlaşması verilən vədləri puça çıxarır" məqaləsində həmin ildə Milli Məclisə keçirilən seçkilərin obyektivliyini şübhə altına alıb, ancaq indi Bəhruz seçkiləri tənqid edənlərin gözlərini çıxartmaq istəyir. Çünki indi bu iki qardaş vəzifə və milyonların sahibləridirlər. Məhkəmələdə günahsız insanların üzünə dururlar, ondan-bundan sifarişli məqalələr yazıb, başqalarının adı ilə çap etdirirlər. Hacıdırlar.

ABDULQADIR 2018-04-12 18:50:12

BU HAKIMIYYET HECH QEDIR BILEN DEYIL HAA.KAMILXANA 1 NAZLIFAN VERILDISE BUNLARA 10 NAZLIFAN DÜSHÜR.CHÜNKI HEYATLARINA RISK ELEYIRLER.MOLODES. KSTATI,BES DEYIRDILER KINOISTUDIYAMIZ AKTYOR QITLIGI YASHAYIR.BU QEDER ARSIZ BELE ARTIST DEMEK ISTEDIM,VAR IKEN AKTYOR QITLIGINDAN SIKAYETLENMEK ISHININ ÖHDESINDEN GELMEMEK DEMEKDIR.

Hespeyə 2018-04-12 18:50:12

Yuxarı Namizəd Zahid Oruc niyə Karenə cavab verməyib ki, mən azad-özbaşıma partiyamızın namizədinə deyil, Möhtərəm Prezidentə səs vermişəm. Axı, onlarla hələ çox mötəbər işlərim var? Məgər, iki Qarabağ Kremldəki həmkar S.Lavrovun ixtiyarına verilməyibmi? ATƏT də Sisyan kimi.

cəngərlik sakini 2018-04-12 18:50:12

bu da iqtidarın jurnalisləri.SƏVİYYƏ sözünü deyir."MOLODES"adını almaq üçün yarış.Dünya malına görə bu qədər alçalmaq olarmı?

İRADƏ 2018-04-12 18:50:12

Bunları idarə edən kimdirsə bu səhnə o adamın iç üzünü açır.Hər halda o ``ünsürü`` PA-dan uzaqlaşdırmaq çox faydalı olardı.

hespe 2018-04-12 18:50:12

Ettokenlikdir.Kecen seckide bir gun gabag-"..bulletenlerin 78 %-i sayilib ve ...86 %-le irelidedir."Fikir verin,seckiden bir gun gabag.Eyer millet oz taleyini ATET-lerin ixtiyarina buraxirsa,vay o milletin halina.Mustegillik deyib,bar-bar bagirirlar,amma hakimiyyetde yalniz mustegilliye ses vermeyenler temsil olunurlar.Bu ishgaldir.ADR-i varis sayib,100 illiyini geyd etmek(pul silmek)isteyirler,amma onun banisinin yegane xirda bustune torba kecirdirler.Bizim xalg dozumludur deyib,anasini agladirlar.Laligmi?

********* 2018-04-12 18:50:12

“Dinsizin öhdəsindən imansız gələr” prinsipi – idiki halda keçərlidir. Bu boyda ölkədə açıq və sakit müzakirəyə çıxa biləcək siyasətçilərin hazırlanması belə çətindir??? Bəs bu qədər ixtisaslaşmış institutlar nəyə lazımdır??? Onlar nə üçün maliyyələşdirilir, əgər adi deputatlarla sakit müzakirəyə çıxa bilmək qabiliyyətinə malik deyillərsə???

G.M 2018-04-12 18:50:12

Boyunuzu yerə soxum.Niyə utanıb ölmürsüzünüz.Hər şey arxivdə saxlanacaq. Dünyada Milləti,Xalqı,Dövlətçiliyi biabr edən bədbəxtlər.

keçici qırmızı bayraqlar 2018-04-12 18:50:12

miriyə:burada tərbiyədən söhbət getmir, burada oğru elə çığırdı ki, doğrunun qulağı batdı. Atəm-gərdəşüm suçlu adam öz suçunu gizlətmək üçün harau-həşir, şüvən salır. Onlar da o brifinqə onun üçün getmişdilər ki, yaxmac yeməyənlər düzünü danışmasınlar!

o.b.n 2018-04-12 18:50:12

bu jurnalçıların hər birinə 5 otaqlı mənzil.

Kənd müəllimi 2018-04-12 18:50:12

Eynulla nədənsə heç bir hərəkət etmədi.... nədənsə mövqeyini də bildirmədi.....

miri 2018-04-12 18:50:12

Belə tərbiyyə bunlara harda və necə verilib?

səlim 2018-04-12 18:50:12

Mənzillə təmin edilən jurnalistlər əl-ayağa düşüblər.

Cavad 2018-04-12 18:50:12

Səviyyə məsələsi...Belə jurnalistlərə ( məntiqsiz,boş hay-küyçü,biabırçı davranışlı jurnalistlərə) hansı sahədən rüportaj aparmaq tapşırıla bilər? Ölkəni biabır edirlər.Onlar evladlarını necə tərbiyə edirkır7 Həmin ruhda? Cəmiyyətin gələcəyi sual doğurur.Ortaya çıxarılanlar belədirsə.... Normal jurnalistlər ya həbsdədir,ya da qıətl ediliblər.ö

pensioner 2018-04-12 18:50:12

Bizimkilər elə biliblər ki, bazardadırlar.Səhvən necə olubsa press konfransa düşüblər.

Səməd 2018-04-12 18:50:12

Görün Azərbaycan ziyalısı deyəndə kimlər nəzərdə tutulur?! Adama deyərlər "soğan yeməmisən için niyə göynəyir?".

nerguz 2018-04-12 18:50:12

.... adam utanir azerbaycanli olmagina. Pula gore yeke kishiler gor nece ozlerini kloun yerine qoyublar

Son yazılar