“QALİB İLHAM ƏLİYEVDİR, AMMA...” - Sərdar Cəlaloğludan etiraz

“Səmimi şəkildə deyirəm ki, seçkinin qalibi, faktiki nəticələrə görə, İlham Əliyevdir. Onun qələbəsinə kölgə salmaq Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Mən uduzmuşam deyə, durum cığallıq edim?”

Bu sözləri prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu seçkinin nəticlərini Azadlıq radiosuna şərh edərkən deyib.

“Formal nəticələrlə faktiki nəticələr arasında çox böyük uyğunsuzluq var. Rəqəmlər şişirdilib”, – ilkin nəticələrə görə, seçkidə təxminən 3 faiz səs aldığı bildirilən Sərdar Cəlaloğlu bildirib.

Seçkidən öncə 30-40 faiz səs alacağını proqnozlaşdıran Cəlaloğlu məğlubiyyətində müxalif qüvvələri suçlayır. O, seçkidən öncə efirdə bir sözlə narazı elektoratı öz tərəfinə çəkə biləcəyini də bildirmişdi. İndi isə deyir ki, müxalifətin onu dəstəksiz buraxacağını, hakimiyyəti buraxıb onu tənqid edəcəyini gözləmirmiş: «Seçicini çaşdırdılar, guya, mənimlə Qüdrət Həsənquliyev arasında fərq yoxuymuş… Həm revanşsız qüvvələrin, AXCP ilə Müsavatin mənim əleyhimə apardığı təbliğat, həm narazı elektorata yetərincə əlimin çata bilməməsi, həm də seçkilərdə istifadə etdiyim resurslar o qədər məhdud idi ki… Amma mən gözlədiyimdən artıq nəticə əldə etmişəm. Təsəvvür edin ki, Qüdrət Həsənquliyev seçkiyə 50 min manat xərcləyib, mən 2-3 min manat. Üstəlik, bunlar deputat kimi ilboyu xalqla təmasda olublar, boğazdan yuxarı da olsa, xalqın maraqlarının müdafiəçisi kimi çıxış ediblər. Mənsə 5 ildə üst-üstə cəmi bir saat televiziyada xalqın qarşısına çıxmışam. Yəni uduzmağımın obyektiv səbəbləri var”.

S.Cəlaloğlu iddia edir ki, bəzi məmurlar özlərini yaxşı göstərməkdən ötrü rəqəmləri şişirdərək seçkiyə müdaxilə ediblər: “Qalib İlham Əliyevdir. Amma digər namizədlər arasında səs bölgüsü siyasi konyunkturadır. Niyə bu rəqəmləri yazıblar namizədlərin qabağına? Özləri daha yaxşı bilir. Bu rəqəmləri siyasi dilə çevirəndə iqtidarın mesajı ortalığa çıxır. Mən dördüncü yerdəyəm. Mənə münasibət başqa cür olmamalıydı ki…”

635x100

Şərhlər

Avam 2018-04-12 20:03:08

Hafkanın, Razinin,Zırıntış Orucun, Əlizadənin üzərində Farmanisə xala da qələbə çala bilərdi.,özü də 100%

Aydın 2018-04-12 20:03:08

hamısı babat pul alıb

Əkbər 2018-04-12 20:03:08

"Abasqulu bəy gərək sən bu işə qol qoymayaydın". Qol qoymaqla oldun qüdrətin, zahidin, hafizin, arazın... tayı. Neyləyək ey 2025-də bəxtinizi bir daha sınayarsınız.

Elçin 2018-04-12 20:03:08

Bunların hamısını bildik indi, zəhmət olmasa prezidetliyə namizəd olanlar namizədliyini irəli sürülməsi üçün lazım olan 20 min adamın siyahısını çap etsinlər görək 20 min adam var idi, yoxsa tamaşanın baş rejisoru Məzahir bunları helə-belə qeydiyyatdan keçirib.

samir mehemmedli 2018-04-12 20:03:08

Serdarin alazi oglu iqtkdardadi Siyaquw novruzov secilseydi onun kimi siyaset aparardi birdeki yaxwidi secilmedi serdar yoxsa Naxcivanlilardan ibaret qocu desteleri peyda olardi weherde gucnen ca mizi qurtarmiwiq onlardan

Bəhram Qarabağlı 2018-04-12 20:03:08

Narazılığın arıq olduğunu yaxşı qeyd etmisiniz. Labüd yüksəliş belə və demokratiya təhlil-tənqidsiz mümkün deyil. Cəmiyyətə hava kimi zəruri qəbul etməyə cürət də gərəkdir. Daxili qüsurları açıqlasanız da, digər namizədlər kimi Qarabağa qəti yoldan danışmadınız. Vaxtsəz reys və reyd olmur-rels düzülür, qatar üstünə çıxarılır, lazım gələrsə, irəli gedəcəyik!? Necə, nə vaxt? Mən əminəm ki, bunu yalnız ata mülklərini itirmiş qarabağlılar deyil, xəbərdar bütün siyasi dünya aləmi eşitmək, görmək istəyir.

vetendas 2018-04-12 20:03:08

Serdar bey sizin cixisinizi oxuyub coooox teeccublendim! Siz neyi subut etmek isteyirdiniz?! Bu size yarasmaz. Platformasiz bir secki , yox sou kecirildi. Siz en azi bu souya qosulmamali idiniz. Neden? Cunki bu soudan sonraki metbuat konfransinda xarici musahideciler muxalifetsiz bir secki- Sou olduqunu deyende, ozunu yirtib daqidan ev alan media numayendeleri bilirsiz ne dediler? Bes S.Celaloqlu? O ki, muxalifetdi! Beli muxalifetsiz, bilirem,amma bezi heqiqetleri deseniz de Serrast hedefe vurmurduz. Heyif

Bashirov Qarib 2018-04-12 20:03:08

Serdar bəyç siz mukəmməl savada maliksiniz,bunu heç kim dana bilməz.Sizin bu cur danişmagıniz,sizə daha az səs yazılmasından gileylənməniz , guya,bunu gözləmədiyinizi dilə gətirməniz sanki,suda batanın saman çöpundən yapışması təəssuratını səhnələşdirməyiniz, sizin kimi insanı hansı hala saldıqlarını goörmək məni əzdi,sındırdı.Siz çox gözəl bilirdiniz ki, bu ele məhz belə olacaq. Amma,danışdıqca daha da batırsınız.Sizin bu hala duşməyiniz məni sarsıtdı.

pensioner 2018-04-12 20:03:08

Sərdar müəllim, Siz İ.Əliyevi çıxmaq şərti ilə yerdə qalan namizədlərin birgə yığdıqları səslərdən daha çox səs toplamısınız.

Son yazılar