NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK? – Rəsmi açıqlama

Bu gün bir sıra informasiya portallarında müxtəlif mənbələrdən bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Yayılan xəbərdə hakimiyyətin prezident seçkilərindəki kimi növbədənkənar parlament seçkilərinə gedəcəyi barədə xəbərlər müxtəlif qaynaqlarda təsdiqlənir.

Yayılan məlumatla bağlı Bizim Yol Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında yayılan xəbərdən məlumatsız olduğunu bildirib: “Bu barədə hər hansı rəsmi məlumat yoxdur. Ola bilər ayrı-ayrı siyasətçilər, politoloqlar bu barədə fikir bildirə bilər. Onlar seçkinin olduğunu deyə bilər, ancaq bu rəsmi məlumat deyil. Mən də mətbuatdan belə informasiyalar oxuyuram, amma bir daha deyirəm, bu barədə hər hansı rəsmi məlumat yoxdur.”

Məsələ ilə bağlı saytımıza Yeni Azərbaycan Partiyasının(YAP)mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də münasibət bildirib ki,  bu haqda rəsmi məlumat yoxdur: "Uydurma xəbərlərdi.”

635x100

Şərhlər

G.M 2018-04-13 16:01:47

Razi Nurullayevə,ATƏT-ə ``hücüm çəkən`` hafizfason Baş redaktorlarına Deputat mandatı verməkdən yana növbədənkənar seçki keçirtmək məsələsi dəhşətli rüsvayçılıq olardı.

Son yazılar