“BAŞ NAZİR, MÜAVİNLƏRİ VƏ BƏZİ NAZİRLƏR GEDİR…” – Ramiz Mehdiyev istefaya göndəriləcəkmi?

Komanda

“Seçkidən sonra həm institusional, həm kadr islahatları getməlidir. Mən bunu gözləyirəm. Ümumiyyətlə, getdikcə cəmiyyətdə də münasibətlərdə dəyişikliklər olmalıdır, həm iqtisadi, həm də siyasi zəmində. Yetişib artıq...”

"AzPolitika.info"nun məlumatına görə, bunları Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev prezident seçkilərindən sonra gözlənilən islahatlarla bağlı suala cavabında deyib.

O, “Yeni Müsavat” qəzetinə müsahibəsində iddia edib ki, president seçkilərinin vaxtından əvvəl keçirilməsi də bununla bağlı olub. Sitat: “Seçkilərin özünün də tez, çevik şəkildə keçirilməsi onu göstərir ki, tələsirlər. Artıq İlham Əliyev özü də tələsir. Onu heç kəs tələsdirmirdi. Yəni o, seçkini payızda da normal şəkildə keçirə bilərdi. Ancaq o da başa düşür ki, artıq prosesləri sürətləndirmək lazımdır”.

M.Əliyevin fikrincə, inauqurasiyadan sonra Prezident yeni komanda formalaşdıracaq: “Açığı, mən fərdlər səviyyəsində yeni komandada kimlərin olacağını bilmirəm. Amma yeni komandanın formalaşması aktualdır, lazımdır. Baş nazir, baş nazirin müavinləri, bəzi nazirlər gedəcək”.

Qeyd edək ki, Prezidentin inauqurasiyasından dərhal sonra hökumət avtomatik istefaya göndəriləcək. Yeni hökumətin formalaşdırılması zamanı ən prinsipial məsələ isə yeni baş nazirin kim olacağıdır. İki ehtimal var: Ya bu vəzifəyə gənc, enerjili və nüfuzlu bir şəxs təyin olunacaq və beləliklə də Nazirlər Kabineti işlək bir quruma çevriləcək, ya da Artur Rəsizadə tipli ləng, iddiasız biri təyin olunacaq və Nazirlər Kabineti bundan sonra da kölgədə saxlanılacaq.

1348721032_yaqub

Bəs kimlərin baş nazir olmaq şansı var? Bu barədə təbii ki, yalnız mülahizələr irəli sürmək olar. Bəzi müşahidəçilərin fikrincə, ən şanslı namizədlərdən biri baş nazirin hazırki birinci müavini Yaqub Eyyubovdur. Onu şanslı edən faktorlardan ən mühümü kimi “Rusiyanın adamı” olması göstərilir. Y.Eyyubovdan başqa Vergilər naziri Mikayıl Cabbarovun, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da adları baş nazirliyə namizədlər kimi çəkilir. Lakin çox böyük ehtimalla, yeni baş nazir, həmişə olduğu kimi, heç kimin gözləmədiyi, adı hallanmayan bir şəxs olacaq.

Ən çox maraq doğuran məsələlərdən bir digəri isə inauqurasiyadan sonra Prezident Administrasiyasının rəhbərinin dəyişib-dəyişməyəcəyidir. Akademik Ramiz Mehdiyevin də istefaya göndərilməsi ehtimalı yüksək qiymətləndirilir.

Bu iki posta - baş nazir və PA rəhbəri postlarına təyinatlar hakim komanda daxilində qüvvələr nisbətini həlledici şəkildə dəyişmək iqtidarındadır.

Qarşıda bizi çox maraqlı günlər gözləyir…

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Vətən sevdalı 2018-04-13 19:36:56

Allah sonrasından saxlasın .Yaxşı heç nə gözlənilmir.

NIHAD 2018-04-13 19:36:56

ATLAS MED CENTER BAZARDI

Hörmətli Vətəndaşa 2018-04-13 19:36:56

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və strukturlarında vətəndaşlara qarşı olan süründürməçilik, saxtakarlıq, özbaşınalıq və laqeyidliklər tufan edir.Vətəndaşların saysız-hesabsız müraciətlərinə 1 il müddətində cavab vermirlər. Azərbaycan xalqının konstitusiya hüquqlarını pozurlar. Çox təəssüflər olsun ki,Prezidentin fərmanlarinı icra etmirlər? Belə nazirlər həmçinin professor, nazir S.Müsiümov cənabları da birinci nöbədə istefaə getməlidirlər.

Qanuni miqrant 2018-04-13 19:36:56

Baş Nazir Miqrasiyanın rəisi Firudin Nəbiyev olacaq.5 ilə general olub.Yaxın günlərdə səsi yayılar.Yeni Baş Naziri tanıyarsız.

vətəndaş 2018-04-13 19:36:56

Bir nazirlikdə vətəndaşın şikayətinə baxılmırsa,o nazirlikdən nə gözləmək olar. Ona görədə birinci növbədə Rabitə Naziri istefaya getməlidir. O nazirlikdə özbaşnalıqlar hökm sürməkdədir......?

ARİF 2018-04-13 19:36:56

XALQIN QAYĞISINA QALAN ADAMLAR NAZİR OLMALIDIR.

Mina 2018-04-13 19:36:56

Esas Aztv sedri Arif Aliwanovu cixardalar .

İlqarın dostu 2018-04-13 19:36:56

İnan ki,ürək sözümdür..o adam prafsionaldı....Kişi işini əla bilir.

ERMƏNİ-XAİES BAKI mafiyası BARƏDƏ: 2018-04-13 19:36:56

VE UMUMIYLE BUTUN MAFIYALAR DARMADAGIN EDILSE YAXSHI OLAR...

Mmm 2018-04-13 19:36:56

Hami cixar Ramiz Mehdiyevi cxarmaq olmaz, bunu artiq qebul elemek lazimdi

R-n 2018-04-13 19:36:56

Minval.az-da Fizuli Memmedovun megalesini oxudum.Orada bu megalenize gozel cavab var,siz niye cap etmirsiz?Siyavush kimi kotletleri gozumuze soxmagdan gabar etmisiniz...

Naxçıvanlı-a 2018-04-13 19:36:56

Ay adam! Rəsizadənin 82 yaşı var.Baxmayaraq ki, 82 il Bakıda yaşayıb,hələ azərbaycan dilini dürüst bilmək istəməyib.İnsan 5-6 aya bir xarici dil öyrənə bilir.Əsli və nəsli bəlli olmayan, qanı qarışıq qeyri millətlərin nümayəndələrinin dövlət işində işləməsi kimə sərf edər?...

Akif 2018-04-13 19:36:56

Hörmətli naxçıvanlıya meraciət: məgər ölkədəki ictimai-sosial gərginliyin günarkarı ...

ayzek 2018-04-13 19:36:56

baş nazir c-b Usubov olsa vəziyyət bir az yaxşılığa doğru dəyişəcək.

Zaur Qedirli 2018-04-13 19:36:56

Hakimiyyətdə komanda dəyişikliyi önəmli bir məsələ olmamalıdır, əsas olan xalqa olan münasibətin dəyişməsidir. Məqsəd hakimiyyətdə ölmək yox, xalqa xidmət və rifah səviyyəsininin artırılması olandan sonra ƏLİyev oldu, VƏLİyev oldu fərq etməz.

Hörmətli naxçıvanlı. 2018-04-13 19:36:56

Bismillahir-Rəhmanir-Rəhim. Prezident yeni komanda formalaşdırmaqdan qabaq birinci nöbədə Prezidentinin Administasiyasınındakı saxtakar və məmur adına layıq olmaanlardan təmizlənməlidir. Prezident yeni komanda formalaşdırmasına Prezidentinin Administasiyasınındakı INDKI TƏRKİBLƏ getmək olmaz. Yaxşı nəticə alınmayacaq.

ilqar 2018-04-13 19:36:56

eyyyyy dost

t.ədalət 2018-04-13 19:36:56

Bəlkə baş nazir elə gənclər və idman naziri olacaq.

seymur 2018-04-13 19:36:56

Ramiz Mehdiyevin bizim devletin quruculuqunda faliyeti avazssizdir

Roman Ismayilov 2018-04-13 19:36:56

getselerde yaxshdir menasiz adamlardi hamisi

naxçıvanlı 2018-04-13 19:36:56

Akademik Ramiz Mehdiyevin istefaya göndərilməsi ehtimalı kim tərəfindən yüksək qiymətləndirilir? Avara bir sayt müxbiri tərəfindən! Ramiz Mehdiyev əvəzolunmaz dövlət xadimidir! Artur Rəsizadə gəlincə, niyə bu dövlət xadimi müxbirlərin xoşuna gəlmir? Savadlı olduğu üçünmü? Rüşvər almadığına görəmi? Rəsizadə ona verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Sizlərə Eldar Mahmudov kimisi lazımdır. Gənc enerjili, rüşvətxor!

Marslı 2018-04-13 19:36:56

Dünya qurulandan yer üzündə əvəz olunmayan insan yoxdur. Tayfalarada ola bilər, əvəz olunmayan vəzifəni özəlləşdirən ... Siyasət hər 7 ildən sonra yenilənməlidir.

Ədalət 2018-04-13 19:36:56

Başda baş prokuror Zakir Qaralov olmaqla bütün nazirləri istefaya göndərmək lazımdır..........

G.M 2018-04-13 19:36:56

Məndən olsa R.Usubovdan savayı bütün nazirlər istefaya göndərilməlidirlər.

Akif 2018-04-13 19:36:56

Baş nazirin və müavinlərin istefaya getməsi və ya qalması önəmli deyil. Çünki onlar prezident administrsiyasından gələn sənədləri kortəbii imzalamaqla məşğuldurlar.Amma Ramiz Mehdiyevi istefaya getməsi real deyil.Çünki, işləməsini mərhum Heydər Əliyev məhz Ramiz Mehdiyevə həvalə edib...

pıs-pısa 2018-04-13 19:36:56

"Yenə bunlar yeyib doyublar (Z.H.) başqaları daha çox yeyəcək". Nə qədər ki Azərbaycan qonşu dövlətlərin mağazalarına doğru "iri addımlarla irəliləyir", heç bir dəyişiklik olmayacaq. Mehdiyevi yerindən tərpətmək üçün urus təpəsi üstə dayanmalıdır. Nahaqdan ümidlənməyin...

miri 2018-04-13 19:36:56

Dəyişməz bir şey olacaq. Strateji xətt, gunu gundən azalan rifah, baqlanan iş yerləri, vətəndaşa münasibət.İrəli.

Son yazılar