Cəmil Həsənli Türkiyənin SSRİ-yə verdiyi azərbaycanlılardan danışdı

"Türkiyənin Rauf Mirqədirovu Azərbaycan hakimiyyətinə verməsi, azərbaycanlıları SSRİ-yə verməsindən fərqlənmir"

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın CHP hökuməti tərəfindən i 1944-cü ildə SSRİ-yə verilən azərbaycanlıların güllələnməsi məsələsini müntəzəm olaraq gündəmə gətirməsi Azərbaycan ictimaiyyəti, eləcə də ziyalılar və siyasilər tərəfindən birmənalı qarşılanmayıb. Milli Şura sədri, professor Cəmil Həsənli Moderator.az-a açıqlamasında o dövrün siyasi ruhuna və gerçəkliklərinə diqqət çəkib:

“Hər bir hadisəyə o dövrün, o zəmanənin öz xətləri daxilinə yanaşmaq lazımdır. Söhbət o Türkiyədən gedir ki, azərbaycanlı mühacirlərə yer vermişdi və onların yerləşdirilməsinə kömək edirdi. Türkiyənin Cənubi Qafqazla sərhəddi boyunca 5 min ailəyə yaxın azərbaycanlı məskunlaşmışdı. Hansı ki, onların bir hissəsi sovetləşmə, bir hissəsi kollektivləşmə dövründə Türkiyəyə sığınmışdı. Amma II Dünya müharibəsində əsaslı dönüş baş verəndə, müttəfiqlərin qələbəsi görünəndə Türkiyə müəyyən addımlar atmalı oldu. Çünki sovet ittifaql ona qarşı mübarizə aparan təşkilatların, qrupların, ayrı-ayrı şəxslərin verilməsini tələb edirdi. Bu həm 1921-ci ilin 16 mart tarixli Moskva müqaviləsinin, həm də 1921-ci ilin 13 oktyabr tarixli Qars müqaviləsində yer alıb. Həmin müqavilələrdə göstərilib ki, tərəflər digər tərəfə qarşı mübarizə aparan, hakimiyyət uğrunda çalışan partiyaların, təşkilatların, qrupların və şəxslərin fəaliyyətinə öz ölkələrində icazə verməyəcəklər. Bu, həm Türkiyəyə, həm də SSRİ-yə aid idi. Əlbəttə, mənə elə gəlir ki, indi bu faktı gündəmə gətirməkdə məqsəd CHP-yə qarşı mübarizə aparmaq və bu partiyanı ictimai rəydə gözdən salmaq məqsədi güdür. Bu bir tarixi hadisədir və həmin dövrdə Türkiyə nə qədər mühacir vermişdisə, bir o qədər də mühaciri verməmişdi. Sovet ittifaqının 30-cu illərdə tələbləri kəskinləşəndə Türkiyə hökuməti müxtəlif dolayı vasitələrlə mühacirlərə çatdırdı ki, ölkəni tərk etmək lazımdır. Yəni onları SSRİ-yə qaytarmadı. Bir sözlə, bu nümunə də, digər nümunə də var. Tanınmış jurnalist Rauf Mirqədirovu öz mahiyyətinə görə sovetlərdən o qədər də fərqlənməyən Azərbaycan hakimiyyətinə təhvil vermək 1944-cü il olayından o qədər də fərqlənməyən bir addımdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar