DEPUTATLARIN SEÇKİ RƏQSİ - VİDEO

Sosial şəbəkələrdə deputat Hadı Rəcəblinin seçkidən sonra aşıq havasına rəqs etdiyi əks olunan video paylaşılıb. Xətai rayonunda yerləşən Dairə Seçki Komissiyasının qarşısında H.Rəcəbli digər həmkarı və dostu Hüseynbala Mirələmovla aşıq havasının sədaları altında rəqs bacarıqlarını nümayiş etdirirlər.

Xatırladaq ki, H.Mirələmov Xətai rayonunun deputatı olsa da, H.Rəcəbli parlamentdə Lənkəranı təmsil edir və belə əhəmiyyətli gündə nədənsə Lənkəranda yox, Bakıda “performans göstərir”.

Əslində, deputatların rəqs etməsində qeyri-adi nəsə axtarmırıq və bu ölkənin hər imkanlarından gen-bol istifadə etdikləri kimi, rəqs etmək haqqını da onlardan kimsə ala bilməz. Sadəcə, diqqətimizi istər-istəməz ifa olunan mahnının sözləri cəlb etdi – aşıq deyir: “Əsli tək maralın tayı hansı mahalda, eldə var...?”

Cəlal

635x100

Şərhlər

R-n 2018-04-13 20:50:41

Arzulariniz ureyinizde galacag,ogurladiglarinizi da gaytaracagsiniz.

oxucu 2018-04-13 20:50:41

Bizim Şəkidə belə adama Şundul deyərlər.Hadı yaxşı bilər.

vetendas 2018-04-13 20:50:41

Bayaqdan vidioya baxib .... derdin cekirem?! Bilirsiz niye? Bu qeder canfesanliqla Reqs eden Revaneler birden cooooooox Yaqli yeyib Otxodun dalinca gederler. Onda Milli Metbext ne eder????? 3 Sabunun yeri bos qalar axi!!!!!

Ias 2018-04-13 20:50:41

Bır ayagları gordadı helede hacı wakırden el cekmırler. Vaxt gelecey sızler qan qusanda zındanda azerbaycan reqs edecek. I n s a l l a h

Cənub mirvarisinin sakini 2018-04-13 20:50:41

Bu rəqs yenidən deputat seçilmək üçün təminatdır.Hüseynbala Mirələmov üçün "1001 gecə" restoranını əlində saxlamaq və qohum-əqrəbasını dövlət orqanlarına yerləşdirmək üçün təminatdır.Hadının canı divin canı şüşədə olduğu kimi, Lənkəranda dəniz sahilində yerləşən "Palıdlı Sahili"ndədir.Bilir ki, sabah əlindən alacaqlar bu obyektini.

Bayram 2018-04-13 20:50:41

Mən biləni novruz bayramı keçib axı... Lap kosa ilə keçəlin şəbeh çıxararaq oynamaqları yadıma düşdü. Amma nə yernə düşür: "8000 min pul alıblar bunların oynamağına bax" və ya "Evdə də uşaqlar deyir ki atamız işə gedib".

sual 2018-04-13 20:50:41

yaxsidir hər biri talişi mahnisina oynayir. hadi muəllim bəşdu xuba kefi cuko....

Bakılı, ayda 57 manaq.müavinət alan əlil 2018-04-13 20:50:41

Hadınəın yaltaqlıq rəqsi.

Son yazılar