Siyasi partiyalar MSK-ya hesabat verib - YAP və Müsavatın nə qədər pulu var?

Aprelin 1-də siyasi partiyaların 2017-ci illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün nəzərdə tutulmuş müddət başa çatıb.

Novator.az-ın məlumatına görə, aprelin 13-dək 55 rəsmi siyasi partiyadan 19-u MSK-ya hesabat təqdim edib.

“Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

2017-ci il üzrə hesabat verən partiyalar arasında Yeni Azərbaycan, Sosial Demokrat, Milli Dirçəliş Hərəkatı, Klassik Xalq Cəbhəsi, Müsavat, Xalq, Vəhdət, Böyük Quruluş, Liberal, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları da var.

Yeni Azərbaycan Partiyasının maliyyə hesabatına görə, ötən il partiyanın 8,3 milyon manat gəliri olub. Bunun 7,2 milyon manatı üzvlük haqqından gələn vəsait, 1,1 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitdir.

Müsavat Partiyasının 2017-ci il üzrə gəliri isə 6816 manat göstərilir. Üzvlük haqqından 3949 manat əldə edildiyi, partiyaya 2867 manat ianə verildiyi bildirilir.

635x100

Şərhlər

ayzek 2018-04-13 22:17:18

MSK HEÇ PREZİDENTLİYƏ NAMİZƏDLƏRDƏN MALİYYƏ HESABATI TƏLƏB EDƏ BİLMİR,BAŞQALARINDAN NƏ İSTƏYƏCƏK?

Azər Siyatay 2018-04-13 22:17:18

Hədsiz "ədalətli" rəqabət mühiti varmış!? Ölkəni yedəkləyənə əlavə milyonluq dəstək də? Musavatın sıravi milli siyasi dəstəyinə isə heç bir qəpik də? Lider İ.Qəmbər də, açıq-aşkar seçkidə YAPla, eləcə işğalla da razı kimi rəqiblikdən imtina etdi. RF-da isə ölkə əksəriyyətinin gözlədiyi KP lideri namizəd yerini hakimiyyətə rəqib sayılmaz partiya nümayəndəsinə verdi?

Son yazılar