Liviya milli ordusunun komandanı Xəlifə Haftar Parisdə dünyasını dəyişib

Liviya milli ordusunun komandanı Xəlifə Haftar Parisdə dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Tripolidəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Onun vəfatı barədə məlumatlar daxil olur", - deyə agentliyin həmsöhbəti bildirib.

Çərşənbə günü Qərb mətbuatı marşalın təcili xəstəxanaya yerləşdirildiyini yazıb. Ehtimala görə, iflic olan milli ordu lideri İordaniyanın paytaxtı Əmmandan Parisə aparılıb.

Hərbçiyə yaxın bəzi mənbələr bu məlumatları təkzib edib. "O, siyasi danışıqlar aparmaq üçün İordaniyadadır və özünü yaxşı hiss edir", - deyə Liviyanın hərbi dairələrindəki mənbə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar