Azərbaycandan Həccə getmək istəyənlərin sayı 760-a çatıb

 

Hecc_ziyaretiBu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 760 insan müraciət edib. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 760 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

635x100

Şərhlər

ayzek 2018-04-13 23:18:23

ÇEX-UYİSLAM HƏRƏDƏN 1000 DOLLAR QAPAZLASA 760 MİN QABAQDIR.SONRA DA BƏZİ AVAMLAR SORUŞUR Kİ KARLOVI-VARIDAKI MÜLKLƏRİ BU HANSI PULLARLA ALIB...

Son yazılar