ABŞ SURİYAYA ZƏRBƏ ENDİRDİ! – FOTOLAR, VİDEO

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib. Bombardman Bərza bolgəsində elmi araşdırmalar mərkəzi, Qaysun dağlarında Respublika Mühafizəçiləri mərkəzi, Mezzeh hərbi hava limanı, Damir hərbi hava limanı, Alkasva bölgəsi və paytaxt Dəməşqdəki bəzi mərkəzləri əhatə edir.

Onun sözlərinə görə, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

"Reuters" agentliyi xəbər yayıb ki, Dəməşqdə elmi araşdırmalar mərkəzi partladılıb. Dəməşq şəhərində ard-arda 6 partlayış səsi eşidilib. Hazırda Bərzadakı elmi araşdırmalar mərkəzindən tüstü havaya qalxır.

Bundan başqa, 4-cü briqada milis qüvvələri mərkəzi ABŞ hərbi gəmilərindən atılan "Tomahawk" raketləri ilə vurulub.

Son məlumatlara əsasən, Dəməşq şəhərindəki hava limanı da raketlərlə vurulub. ABŞ-ın hücumuna Suriya havadan müdafiə sistemi cavab verib. ABŞ əməliyyatların uzunmüddətli olacağını açıqlayıb.

İngiltərə Müdafiə Nazirliyi Suriyadakı əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hazırki əməliyyata İngiltərənin 4 “Tornado” təyyarəsi qatılıb.

Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Suriyada başlanan hərbi əməliyyat Əsəd rejiminin dəyişdirilməsinə yönəlməyib:“Söhbət rejimin dəyişdirilməsindən və yaxud Suriyada yeni müharibədən getmir. ABŞ və Fransa ilə birgə məqsədimiz kimyəvi silahdan istifadə imkanlarını yox etməkdir. Həmçinin bu digər ölkələrə siqnaldır ki, kimyəvi silahdan istifadə cəzasız qalmayacaq”.

O həmçinin əməliyyata qərar verməzdən öncə Böyük Britaniyanın bütün diplomatik üsullara əl atdığını vurğulayıb.

Fransa da əməliyyatlara dəstək verdiyini bildirib.

“ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb”.Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada iddia olunur ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib.

Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.

 

 

635x100

Şərhlər

bbakili 2018-04-14 10:16:39

cox guman ki, bu tomohavkin tekmillesmis yeni versiyasidir,yaxud putin -tramp gizli danishiqinin neticesidir

Bütün şərh yazanlara 2018-04-14 10:16:39

Əziz qardaşlar Şərh yazanda hadisələri analiz edib ondan sonra öz fikirlərinizi yazın.ABŞ-a və onun müttəfiqlərinə yaxın şərqdə və müsəlman dünyasında demokratiya yox,müsəlmanların genofondunun məhv edilməsi və ulu tanrı tərəfindən müsəlmanlara verilmiş təbbi sərvətlərə yiyələnməkdir.Hansı müsəlman ölkəsini dövlət başçısı ABŞ-ın dediyi ilə durub-oturmursa o ölkəni yerlə-yeksan edir.Məgər Səudiyə Ərabstanında demokratiya var ki,ABŞ onunla dostluq edir.Əsla yox.Abş dünyada terroru maliyələşdirən ölkədir.

Ali 2018-04-14 10:16:39

PUTİN BLEF yapırdı.1-ci dəfə türklər rus təyarəsin vurdu Putin soxdu yerinə və bilindi ki Rusiya BLEF yapır.2-ci dəfə də indi BLEF-i tam sübut olundu.Daha bundan sonra axmaqlar Putinin hədəsindən qorxar.P U T İ N B ........

ayzek 2018-04-14 10:16:39

tramp putinin belindən vurdu.

G.M 2018-04-14 10:16:39

ABŞ ,Suriyanı vurmur...İranı vurur,Rusiyada SSRİ-nin bərpasını arzuluyanların son ümidini vurur,Dünyada dikdaturanın tacı-taxtını vurur....Və.s

Bashirov Qarib 2018-04-14 10:16:39

30il atası Hafis Əsəd,10 ildən də çoxdur ogulu Bəşər Əsədin fəaliyyəti,özunun və xalqının aqibəti məhz belə olmalıdır.Diktatorlar məhz bu cur hakimiyyətdən gedirlər.Yazıq suriyalılar gərək vaxtında duşunəydilərş

Asim 2018-04-14 10:16:39

Diktaturalar dünyaya bəladır.Onların(diktatorların)vicdanları yoxdur ki, vaxtinda çıxıb gedələr ki,xalqlar bu zülmdən əziyyət çəkməsinlər.

Son yazılar