PREZİDENT SARAYINA DA ZƏRBƏ ENDİRİLİB! – Putindən açıqlama + VİDEO

Dərc olunub: 14/04/2018 - 11:08

86e57bf62ea5ab1e2bd4d08897658199Müttəfiqlərin 20-dən artıq raketi vurulub! 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Fransa və Britaniya ilə birlikdə Suriyanın hərbi obyektlərinə və mülki infrastrukturuna avia-zərbələr endirib.
Hücum saat yarım çəkib, ilk raketlər Bakı vaxtı ilə saat 04:42-də Qırmızı dəniz rayonundan ABŞ silahlı qüvvələrinə məxsus təyyarə və gəmilərdən buraxılıb. Zərbələr Dəməşqin Barze rayonundakı tədqiqat mərkəzinə və Homsadakı hərbi bazaya endirilib. «SANA» agentliyinin məlumatına görə, Suriyanın raket əleyhinə müdafiə (RƏM) sistemi koalisiyanın 20-dən artıq raketini vura bilib. «Əl-Haram» nəşrinin məlumatına görə, Rusiya Suriya hakimiyyətini hücum barədə xəbərdar edə bilib.

ABŞ «Tomaqavk» raketlərindən istifadə edib. Bu raketlər ötən ilin aprelində də Suriyada «sınaqdan keçirilib».Britaniya təyyarələri «Storm Shadow» qanadlı raketlərindən istifadə edib. Britaniya hərbçilərinin fikrincə, atəşə tutulmuş hərbi bazada kimyəvi silah yerləşə bilərmiş. Britaniyanın 4 ədəd «Tornado» qırıcı-bombardmançı təyyarəsi həm də ABŞ və Fransa tərəfindən Suriyaya birgə zərbə endirməsində də iştirak edib.

Raketin Homsadakı hərbi anbara düşməsi nəticəsində 6 mülki şəxs yaralanıb («RİA Novosti»).
Ölkə hakimiyyəti əhalini raket zərbələrinin nəticələri barədə şaiyələrə inanmamağı çağırıb.
«Röyter» agentliyi xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq şəhərində silsilə güclü partlayışlar qeydə alınıb. Zərbə nəticəsində hökumət kvartalı Əbu-Rumani və Dəməşqdə Prezident sarayı zərər çəkib.
Bəzi məlumatlara görə, Dəməşqin mərkəzində Suriya ordusunu və prezident Əsədi dəstəkləyən kortəbii mitinq toplanır. Aksiya Suriya mərkəzi televiziyasının binası yanında keçir.
vladimir-putinRusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, V. Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

V. Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

a5d36296-c38f-4d75-9909-dc8fa31b93c1_292Bu arada Suriyadakı rejimin başçısı Bəşşar Əsədin aprelin 14-də işə getdiyini göstərən görüntülər paylaşılıb. Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, ABŞ, İngiltərə və Fransa Suriyanın kimyəvi obyektlərini vurduqdan sonra Bəşşar Əsədin işə getdiyini göstərən video paylaşılıb.

Həmin videoda və yayılan fotoda onun əlində çanta işə getdiyi göstərilir.


loading...




Fikrinizi bildirin