"Skripalı zəhərləyən maddə ABŞ və Britaniyada istehsal olunur" - Lavrov

Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın nümunələrini analiz edən İsveçrənin Təhqiqat Mərkəzinin məlumatına görə, Solsberidə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində "BZ" maddəsindən istifadə edilib. Bu maddə ABŞ və Britaniyada istehsal edilir. "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti üzrə Məsləhət Şurasının iclasında deyib.

Rusiyanın XİN başçısı qeyd edib ki, bu maddə Rusiyada və SSRİ-də hazırlanmayıb.

Nazir bildirib ki, Moskva məxfilik şəraitində İsveçrənin Radioloji Mərkəzindən Solsberi təhqiqatına dair analizin nəticələrini alıb. Təhqiqat Şpiç şəhərində aparılıb. Lavrov qeyd edib ki, bunlar Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın xətti ilə Solsberidə, hadisə yerindən götürülən və təşkilatın mütəxəssisləri tərəfindən göndərilən nümunələrdir.

Onun sözlərinə görə, isveçrəli mütəxəssislər təhqiqatı martın 27-də başa çatdırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar