Dəməşq sakinləri Əsədə dəstək məqsədilə küçələrə çıxıblar - VİDEO

Dəməşq sakinləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya aviazərbələr endirməsindən sonra küçələrə çıxıblar.

“Report” RT-yə istinadla xəbər verir ki, suriyalılar ölkə bayraqları ilə əvvəlcədən planlaşdırılmayan mitinq təşkil ediblər.

Onlar əllərində bayraqlarla Suriya ordusuna, hökumətə və Bəşşar Əsədə dəstək şüarları səsləndirirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

635x100

Şərhlər

T.Ədalətə sual 2018-04-14 23:07:19

Allah eləməsin ABŞ və müttəfiqləri Azərbaycana raket zərbələri endirərlərsə sən dəstək mintinqinə çıxarsan ya yox.Səmimi cavab ver.

t.ədalət 2018-04-14 23:07:19

"Dəstək mitinqləri" kommunist rejimindən qalma rəzalət metodudur."Dəstək mitinqi" keçirilən ölkələrdə konstitusiya hakimiyyətə xidmət edən söz yığınından ibarət olur.Belə ölkələrdə konstitusiyalar Əsas Qanun deyil,Xüsusi Qanun rolunu oynayır ki,əhali çox vaxt belə bir sənədin qəbul olunduğu tarixi heç xatırlamır..

Son yazılar