Rusiya geri addım atdı - "Əməkdaşlığa hazırıq"

"Rusiya ABŞ və digər ölkələrlə əməkdaşlığa hazırdır".

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Xarici İşlər Nazirliyindən verilən məlumatda Rusiyanın ABŞ və digər ölkələrlə dialoq mühitinin yaradılması üçün də hərəkətə keçdikləri bildirilib.

Qeyd edək ki, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsinə Rusiya çox sərt reaksiya vermişdi. Rusiya Prezidenti Vladimir Putin terrorla mübarizənin ön planda olduğu bir suveren dövlətə qarşı belə bir əməliyyatın təcavüz aktı olduğunu qeyd etmişdi.

635x100

Şərhlər

t.ədalət 2018-04-14 23:12:37

ABŞ və Qərb dövlətləri Rusiya ilə əməkdaşlığa tələsməməlidir.Rusiya öz işğalçı ordusunu Dağlıq Qarabağdan,Gürcüstandan,Krım və b.ərazilərdən geri çəkməyənə qədər onunla əməkdaşlıq qurmaq olmaz.Kommunist rejimindən qalma bütün ənənələr məhv edilməli,bu ənənələrin mövcud olduğu MDB ölkələri də sona qədər bolşevizm xəstəliyindən təmizlənməlidir.

Son yazılar