“KİŞİLƏR, RƏHM EDƏCƏYİMİ GÖZLƏMƏYİN…” – Lukaşenko + VİDEO

Dərc olunub: 15/04/2018 - 16:53

aleksandr-lukashenko“AzPolitika.info”nun məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun məmurlar qarşısındakı son çıxışı sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

İlk olaraq, kənd təsərrüfatında qayda-qanun yaradılması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı, daha sonra idxal monopoliyasını kəskin tənqid edərək, ciddi xəbərdarlıq edir. Ardınca Lukaşenko üzünü yerli icra hakimiyyəti orqanlarına tutur və bildirir ki, əhalinin onların fəaliyyətindən narazılığı pik həddə çatıb. Deyir ki, məmurlar özlərini və övladlarını mənzillərlə təmin edirlər.

Prezident korrupsiya hallarına yol verənlərin çox ciddi və hətta qəddar formada cəzalandırılacağını söyləyib: “İcra hakimiyyətlərinə rəhbərlik edənlərdən baş nazirə qədər, hər kəs eşitsin! Rəhm edəcəyimi də gözləməyin… Elə bilməyin ki, sizi müəyyən edib üzə çıxarmaq çətin olacaq. Hər şey göz önündədir. Baxın kişilər, kasıb olub azadlıqda qalmaq, varlı olub orada (həbsxanada-red.) olmaqdan daha yaxşıdır…”

Xatırladaq ki, ötən il hökumət üzvlərinin yanacağın bahalaşdırılması təklifinə münasibət bildirərkən də Belarus prezidenti sərt çıxış etmişdi və demişdi ki, benzinin qiymətini hər bir axmaq qaldıra bilər, zəhmət çəkib onun maya dəyərini süni şəkildə şişirdənləri müəyyən edin, benzinin bahalaşdırılmasından isə söhbət gedə bilməz.

Onu da qeyd edək ki, ölkəsində “Batka” deyə çağırılan A.Lukaşenko, Qərbdə diktator kimi tanınsa da, onun korrupsiyaya bulaşmadığı da etiraf edilir.


loading...




Fikrinizi bildirin