Azərbaycan Ermənistana səs verdi

Bu gün Yerevanda 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan millisi bu yarışda iştirak etmir.

Lakin maraqlı bir nüans məlum olub. Qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, bugünkü çempionatın harada keçiriləcəyi müəyyən olunarkən Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.

“Biz bu imkanı çətinliklə qazanmışıq, - Navasardyan “Ermənistan xəbərləri” portalına deyib. – 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

2018-ci ildə 23 yaşına qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub. Məhz orada Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər. Maraqlıdır, bəs Ermənistan nə vaxtsa Azərbaycanda yarışların keçirilməsinin lehinə səs veribmi? Axı Bakıda irimiqyaslı turnirlər Yerevana niosbətən qat-qat çox keçirilir.

Misal üçün, 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Birinci Avropa Oyunlarının harada keçiriləcəyi müəyyən edilirdi. Əvvəlcə Ermənistan yarışların Azərbaycanda keçirilməsinə etiraz edirdi, lakin sonradan bunun mənasız olduğunu görüb səsvermədə iştirakdan imtina etdi. Lakin ermənilərsiz də 48 ölkədən 38-i səslərini Azərbaycana verdilər. Ermənilər isə sonradan Avropa Olimpiya Komitəsinin təzyiqi altında Bakıya – Avropa Oyunlarında iştirak üçün gəlməyə razılaşdılar.

635x100

Şərhlər

Azerbaycanli 2018-04-15 21:16:26

Ela gedis edibler

Oğuz 2018-04-15 21:16:26

Türkiyədə hakimiyyətdə dinçilərdi və onların çoxu heç Türkdə deyil, onlar üçün Türklərin maraqlarından qabaq dinçi maraqlar üstündür. Şərqi Anadoluda 20-ci əsrin əvvələrində ermənilər tərəfindən törədilən türk qətliamlarını unudub (hətta bunların hakimiyyəti dövründə, vanda erməni kilsələri təmir olunmuş, Türkiyə ilə ermənistan sərhədində ortaqlı soyqırım anıtı inşa edilmiş, 2008-09-da ers sərhədi açmaq istəyənlərədə bunlar idi), bugünki müsəlman qətliamlarına yada salmağa daha üstünlük verirlər. Bizdə müsəlmanıq ermənilərin bizə qarşı törətdiyi qətliamlara onlar kinayə ilə baxırlar.Yəni hakimiyyətdə türk yoxdur ki, türkdən tərəfə yan çıxsın. Azərbaycana gələndə burda pafioz çıxışlarla baş alladırlar. Bizdə ki, federasiyasiyanın səs verən üzvünüdə yoxlamaq lazımdır, 100% etnikdir, dinçi tərəfi milli məsələni üstələmişdir. Bu səbəbdən AKP-nin nümayəndəsinin dinçi baskısı ilə israili düşmən sayaraq bizim əzəli əbədi düşməniz ermənilərin leyhinə səs vermişdir.

SUAL 2018-04-15 21:16:26

AZƏRBAYCANİN DA KİMƏ ... DƏ MƏLUM OLMADİ Kİ OLMADİ...

t.ədalət 2018-04-15 21:16:26

Belə yerdə Rusiyanın Baş naziri D.Medvedevin sözləri yada düşür:"Azərbaycanlı məmurların çoxu öz aralarında ermənicə danışırlar............

Son yazılar