"Zirə"nin baş məşqçisi ilə onu istefaya çağıran azarkeşlər arasında insident olub

"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.

Azarkeşlər isə polisin müdaxiləsindən sonra stadionu tərk ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar