Neymar “Mançester Yunayted”ə keçir

“Pari Sen-Jermen” futbol klubunun braziliyalı hücumçusu Neymar İngiltərənin “Mançester Yunayted” komandasına keçməyə yaxındır. Virtualaz.org xəbər verir ki, bu barədə “Don Balon” nəşri məlumat yayıb.

Mənbə bildirir ki, futbolçu portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə işləmək arzusunda olduğunu deyib. Artıq MU ilə Neymar arasında ilkin razılaşmanın əldə olunduğu qeyd edilir.

Bildirildiyinə görə, Neymar 222 milyon avro qarşılığında keçdiyi PSG-dən Fransa çempionatının səviyyəsindən və Parisdəki həyatından narazı qaldığöına görə getmək istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar