Monteneqroda prezident seçkilərində Milo Cukanoviç liderlik edir

Dərc olunub: 15/04/2018 - 23:50

238216325Monteneqroda bu gün keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, seçkilərdə ölkənin sabiq baş naziiri və eks-prezidenti, sosialist Milo Cukanoviç 57% səslə liderlik edir.

Onun əsas rəqibi, namizədliyi dörd müxalifət partiyası tərəfindən irəli sürülən Mladen Boyaniç 33% səs toplayıb. Üçüncü yerdə yeganə qadın namizəd Draqinya Vuksanoviç qərarlaşıb – 4%.

Ümumlikdə prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Birinci turda qalib gəlmək üçün namizədlər 50 faiz üstəgəl bir səs toplamalıdır. Monteneqro prezidenti 5 illik müddətə seçilir.










loading...


Fikrinizi bildirin