Şəhriyarın büstü İranda dağıdıldı - FOTO

Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum şəxslər tərəfindən sökülüb.

Şəhriyar meydanında böyük şairin xatirəsinə qoyulmuş büstün kimlər tərəfindən söküldüyü dəqiq bilinmir. Hadisə ilə bağlı yüzlərlə azərbaycanlı Şəhriyar meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.

Yerli mətbuat orqanları yazıb ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.

Parsabad prokuroru bildirib ki, ustad Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb/Kult.az

635x100

Şərhlər

t.ədalət 2018-04-16 00:17:20

Bu büstü sökənlər ya kürdlər,ya da ermənilər olacaq.Məqsəd aranı qatmaqdır.

EMİN 2018-04-16 00:17:20

HEC OLMASA QOYUN DƏMİR YOLUNU CƏKİB QURTARAQ SONRA DAXİDARDİZ DƏ...

Son yazılar