Gəncədə marşrut avtobusu ilə minik avtomobili toqquşub

Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobili toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində baş verib.

Belə ki, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "Hundai" markalı avtobus "Mercedes" markalı avtomobillə toqquşub. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə sürücülərin işıqforun qaydalarına riayət etməməsi səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar