Konstitusiya Məhkəməsi sabah qərar verəcək

1387457708Konstitusiya-Mehkemesi-hakimlerAprelin 11-də Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.

“Report”un xəbərinə görə, iclas aprelin 17-də saat 15:00-da keçiriləcək.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, iclasda seçkilərlə bağlı ümumi məlumat veriləcək.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Xatırladaq ki, Aprelin 11-də keçirilmiş prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar