“ASTAN ŞAHVERDİYEV AZƏRBAYCANDAN QAÇIB GETMƏK İSTƏYİRDİ...” - Ağacan Abıyev

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat həmkarı Astan Şahverdiyevin dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib.

A.Abıyev “Ölkə.Az”a açıqlamasında mərhum Astan Şahverdiyevlə tələbə yoldaşı və dost olduğunu bildirib:

“Astan Şahverdiyev ürəyi təmiz və ziyalı adam idi. Onun yas mərasiminə də gedəcəm. Çünki rəhmətlik mənim tələbə yoldaşım və deputat həmkarım olub. Astan Şahverdiyev tələbəlik illərindən ictimai fəaliyyətlə məşğul olurdu, alim idi. Çox təəssüf ki, sağlamlığı yaşamasını imkan vermədi. Allahdan ona rəhmət, ailə üzvlərinə yaxınlarına da səbr diləyirəm”.

Ağacan Abıyev Astan Şahverdiyevin ölümündə jurnalistləri də günahlandırıb: “Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil idi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər ona hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı. Bir söhbəti bir dəfə gündəmə gətirərlər, hər bir adam da ondan dərs çıxarar. Daha bir söhbəti dönə-dönə gündəmə gətirib əldə oyun etmək doğru deyildi. Təsəvvür edin ki, rəhmətliklə bağlı məsələ futbol topu kimi ondan buna, bundan ona ötürülürdü. Rəhmətlik də bunları görəndə çox pis olurdu”.

Onu da qeyd edək ki, ötən il Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev mərhum deputat haqqında aşağıdakı fikirləri dilə gətirib: “Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib. Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur. A. Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırmışdı.

635x100

Şərhlər

Qemküsar(Eliqulu) 2018-04-16 12:31:29

Ağacan bbey, bu jurnalistler indi de sizden yapışıblar, tedaruk görün,ehtiyatlı olun, ağa canı . Yapışdılarsa el çekmeyecekler... Bu binevalar da nedense yazmalıdırlar, çörek pulu çıxmalıdır axı... Müxalifetden yazmaq olmur, Kerimli ve Hesenli & Co. Elşen Musayevin inhisarındadı, Kerimlinin oğli Eynullanın inhisarında... Ayrı ne qalır ki,...

Sual 2018-04-16 12:31:29

Ağacan müəllimin məntiqinə görə deputat olduğu üçün əbədi yaşamalı idi.bir belə elmi .....müəllifi 71 yaşlnda vəfat edib.burada qeyri adi nə var?qeyri adi odur ki,2 gündən bir bir süpürgəçini şütüyən avtomobillər o dünyaya aparır.nə əcəb millət vəkilimiz onda kimisə qınayıb,günahkar axtarmır?məncə Ağacan müəllimlə bu məhrumun söz atışmasını da heç kim,həmçinin jurnalistlər də unutmayıb.indi bu qınaq nədir,özünü...?!

Bashirov Qarib 2018-04-16 12:31:29

Bu nə danışıqdır, anlamaq olmur.Köməkşisi dedi ki, Qusarda məclislərdə olurdu, bunun da nə demək oldugunu hamı anlayır.Onsuz da deputat və məmurların hamısı alimdir də,bunun davranışa ,danışıga bir təsiri var? Hansı agzını açır o saat da alimliyi və məmurlugu aşkara çıxır. Jurnalistlərin onun ölmunə nə dəxli var?

pensioner 2018-04-16 12:31:29

Əsil elm adamı-alim öz işi ilə məşğul olar,daha gedib MM-də gününü keşirrməz.

Oqtay R 2018-04-16 12:31:29

Bu deputat bunlardan can qurtarmağın yolunu göstərdi bu millətə İndi jurnalistlər qabaqda haydı irəli Bir ilə məsələləri həll edək

London 2018-04-16 12:31:29

O hemiselk qetdi.Onun kimi heyat amali,heyat terzi olanlarin hamsini bela aqibet qozleyir.Bashqa cur ola bilmez

ABDULQADIR 2018-04-16 12:31:29

JURNALISTLERIN ELEDIKLERINIZE GÖRE TENQIDINE DÖZE BILMEYIB CHAPIB-TALADIQLARINI BURAXIB QACHMAQ ISTEYENLER GÜNAHSIZ MILYONLARLA INSANA NIYE ZÜLM EDEREK QACHMAGA MECBUR EDIRSIIZ.HER IKI DÜNYADA ÜZÜNÜZ QARADIR.

Akif 2018-04-16 12:31:29

Artıq mən əmin oldum ki, Ağacan Əbiyev qocalıb ....üçün nə danışdığını anlamır.Bundan əvvəl o xaricdəki mühacirləri günahlandırırdı,indi isə bu hakimiyyətin günahından xaricdə işləyib ailəsini saxlamağa məcbur olan vətəndaşlarımızı "otxod" adlandıran Astan Şahverdiyevin ölümündə jurnalistləri günahlandırır.Redaksiyadan xahiş edirəm Ağacan Əbiyevə bildirin ki,o "gərgin işləməkdən yorulub getsin uzunmüddətli müalicə olsun".

gedənlərdən biri 2018-04-16 12:31:29

Nöşün getmədi? Gedənlər hamısı elə burdakı vəziyyətdən qaçıb gedir də. Kefindən getmir ki. Hələ bir dalıycan otxod da deyirlər. Gedəydi oda olardı otxod. Jurnalistlər düz ediblər. Deputat ağzının sözünü bilmirdi. Hələ alimdisə üstəlik. Elçimiz gülümdü deyənə başımıza kül olur da. Qalanları nəticə çıxarsın.

ali 2018-04-16 12:31:29

Getsəydi OTXOD olacaqdı deyə getmək istəmədi.Həm də ölkədən çıxmaga qorxurdu ki tutub onu OTXOD edəcəklər.Yəni ayda ildə deputat kimi 1 dəfə danışdı o da.... Özünün xaricə çıxışını da problemə çevirdi.Burda da qaldı ürəyi partladı.Qoy belələrini danışdırdanlara da belə danışanlara da dərs olsun.

R-n 2018-04-16 12:31:29

Hami indi donub humanist olmag isteyir.Belke ele Hitlere de rehmetlik deyib toretdiklerini yaddan cixarag?Niye milletin servetini talan edir,onu tehgir edib soyushe tush gelirler,niye?Olkeni talan etmek milleti,dovleti soymek deyilmi?KIV tengidi,acig sohbeti xalga gadagan edib,bes gara camaat haggini nece teleb etsin?Ele bu ....da vurub boz aragdan,paketle gelen pulun hesabina ve baslayib "duz danishmaga"(xalga nifret).Bu da neticesi.Naxcivanli ile tam raziyam,"Allah yanindakilarini rehmet elesin"...

Uğura əlavə 2018-04-16 12:31:29

Astan adı Azərbaycan dilinə uy]un gəlmir və mənası da bəlli deyil Davranış və çıxışları isə Şahverdiyana bənzəyirdi.Ona görə belə yararsız çıxışlardan sonra çox ehtimal ki,Ermənistana getmək istəyirmiş.Jurnalistlər onun barəsində yazanda həmin Əbiyevin niyə səsi çıxmadı,indi Əbiyev jurnalistləri günahlandırır.Azərbaycandan işsizlik və dolanışığın çətinliyi üzündən xarici ölkələrə məcburən gedən vətəndaşlarımızı "otxod" adlandıran "millət" vəkili bundan da artıq qınağa layiqdir.

Uğur 2018-04-16 12:31:29

Millətin vəkili ilk növbədə adından məlum olduğu kimi millətinin, xalqının mənafeyini müdafiyə etməlidir, hökümətin mənafeyini yox.Astan bir parça çörək pulu arxasınca ölkəni tərk edən soydaşlarımıza “otxod” demişdir.İkinci dəfə Ə.Həsənovun avtoşluq edən nəvəsi barədə də yalan danışmaqla da özünü biabır etmişdir.Alim həm də millət vəkili açıq şəkildə cinayət işində yalan danışarmı?Astan MM-də xalqın xeyrinə üç çıxış etsəsdi yəqin ki axırda buraxdığı "quş"-ları bəlkədə baxışlamaq olardı. Əbiyevin məntiqi ilə xalqı təhqir edən millət vəkilinin heç kim üstünə getməməli idi. A.Əbiyev deyir astan dostum olub.Məsəl var ey mənə dostunu göstər deyim sən kimsən.

николай 2018-04-16 12:31:29

Allah rəhmət elər! Bu adamı deputat edənlər utanırmı görəsən? Bu xalqın günahı nədir görən?

Vətəndaş 2018-04-16 12:31:29

Mənə elə gəlir ki, artıq "Qocalar" evini, "Cavanlar" evinə dəyişməyin zamanıdır.

Son yazılar