Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxılıb

Dərc olunub: 16/04/2018 - 13:28

fe026759-04a8-4d03-b9e1-c08f6ae2fc81_292Venesuelanın paytaxtı Karakasda dövriyyəyə karibe adlanan alternativ valyuta buraxılıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli hökuməti buna ölkənin milli valyutası – bolivarın kəskin dəyərdən düşməsi vadar edib.

Belə ki, hazırda qara bazarda 1 ABŞ dolları üçün 250-300 min bolivara bərabərdir.

Yeni valyutadan yaxın 1 ay ərzində bələdiyyənin nəzarəti altında təşkil olunacaq xüsusi bayram sərgilərində zəruri malların alınması üçün istifadə olunacaq. Paytaxt daxilində bolivarın 5, 10, 20, 50 və 100 karibeyə (1000:1 məzənnə ilə) dəyişdirilməsi də mümkün olacaq.

Venesuela hakimiyyəti bu il iyunun 4-də bolivar üzərində denominasiya (sondakı üç sıfırın silinməsi) həyata keçirməyi planlaşdırır. Hələ ki, yerli hakimiyyət orqanları vəziyyətdən özlərinin regional, hətta bələdiyyə valyutalarını yaratmaqla çıxırlar. Artıq ölkədə elorsa və panal kimi yerli valyutalar daxili kommunal ödənişlər və qida məhsularının topdan alınmasında istifadə olunur.

Xatırladaq ki, Venesuela bir qədər əvvəl özünün kriptovalyutasını – petronu dövriyyəyə buraxıb. Bu pulun təminatçısı kimi ölkənin nefti çıxış edir.


loading...




Fikrinizi bildirin