«Biz Rusiyanı düşmən elan etməməliyik» - Almaniya Prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib ki, beynəlxalq səhnədə vəziyyətin gərginləşməsi fonunda, xüsusilə də Suriyadakı və Britaniyanın Solsberi şəhərindəki mövcud vəziyyətdə Avropa ölkələri Rusiyanı və onun xalqını düşmən elan etməməlidir.

«Biz, Rusiyanı bütvlükdə və onun xalqını düşmən elan etməməliyik... Bu təhlükəli yadlaşdırmaya qarşı durmaq - bax, məsuliyyətli siyasətçilərin vəzifəsi bundan ibarət olmalıdır» - «Der Spigel» Ştaynmayerdən sitat gətirir.

Bundan əvvəl, Ştaynmayer qeyd edib ki, bölgə ölkələrinin əməkdaşlığı olmadan Suriyada situasiyanı tənzimləmək mümkün olmayacaq. Bu zaman o, Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Rusiyanın rolunu xüsusi qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar