"İlham Əliyevin alternativi yoxdur" - AMİP-in sabiq sədri

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatı qərəzlidir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, ATƏT-in müşahidə missiyası heç bir əsas olmadan prezident seçkilərinin legitimliyini şübhə altına alır: "Onda sual yaranır ki, namizədlərin qeydə alınması mərhələsində ATƏT belə bəyanatla niyə çıxış etməyib? Bu büro 2003-cü il, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi qismində çıxış edib və pozitiv bəyanat yayıb. İndi də həmin siyasi partiya və İlham Əliyev hakimiyyətdədir. İndi nə dəyişib?

Əksinə, ötən dövr ərzində cənab İlham Əliyevin apardığı siyasətə görə nüfuzu həm xalq, həm də beynəlxalq ictimaiyyət arasında xeyli artıb. Belə olan halda ATƏT-in müşahidə missiyasının məhz indi belə bəyanat yayması doğrudan da absurddur. Bu onu göstərir ki, bəyanatı qərəzlidir".

Y. Bağırzadə deyib ki, hazırda Azərbaycanda bütün sahələrin, əsasən də qeyri-neft sektorunun inkişafı İlham Əliyevin adı ilə bağlıdır: "Azərbaycanın beynəlxalq imici yüksəlib, TAP, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi nəhəng layihələr həyata keçirilir. Bunlar hamısı İlham Əliyevin uğurlarıdır. Bu baxımdan hesab edirəm ki, siyasi səhnədə İlham Əliyevin alternativi yoxdur və o, xalq tərəfindən dəstəklənir".

635x100

Şərhlər

Lədalət-ə 2018-04-16 15:21:27

AMİP, keçmiş tarixi şəxsiyyətlə qonumluğuna görə Azərbaycanda hakimiyyət bölgüsünə iddia ilə yaranmış partiya! Fədakar AMİP liderinə köklü sual var: Hanı O müstəqillik, varmı? Keçmiş müstəqilliyin 1/4-i qalıb. Onu da sərmayə və kredit şəklində məxaric edirlər.

t.ədalət 2018-04-16 15:21:27

Doğrudan da Azərbaycanda prezidentliyə ikinci namizəd yoxdur.Müharibənin ilk illərində biz könüllü Vətənin müdafiəsinə qalxdıq.Həmin illərdə Azərbaycanın rəhbərliyinə gələn dırnaqarası liderlər orduya təkan verə bilmədilər.İsəndər Həmidov bir tərəfdən,Rəhim Qazıyev o biri tərəfdən öz şəxsi ambisiyaları ilə xalqı pis duruma saldılar.Ə.Əliyev və P.Hüseynov Səfər Əbiyev kimi bir antitürkü türkiyədən gələn zabitlərin üzərində nəzarətçi qoydular.Ölkə xaos burulğanına düşdü.İndi də müxalifət həmin durumdadır.

cəngərlik sakini 2018-04-16 15:21:27

sizin sualı mən də təkrarlayıram. 2008-dən buyana NƏ DƏYİŞİB ?????

Lədalət-ə 2018-04-16 15:21:27

AMIP-sı iqtidar partiyasıdır,yoxsa müxalifət? Öncə bunu aydınlaşdırmaq gərəkdir. Brr partiyanın ki, uzun illərdir səsi eşidilmir,onun varlığı belə unudulub indi bu hardan çıxıb, seçkiləri müdafiə edir.Güya o bilmirdi ki, seçkidə təklif olunan "nmizədlər" tutu uşu kimi möhtərəm prezidenti tərif edirdilər? O namizədlərin nə proqramı,nə də təklifləri olub.Hətta onların imza toplamaları da sual altındadır.Belə halda seçkinin alternativsiz olduğuna heç bir şübhə yaranmır.Bunu hamı gördü.ı

miri 2018-04-16 15:21:27

Am.ip-in 25 il öncə fikirlərini əsas götürən millət , hələ özünə gələ bilməyib. İndi sabiqlərin fikirlərini əsas götürsələr heç Biləcərini keçə bilməz. Allah belələrinin sözünün keçərli olmasına imkan verməsin. İnşəallah.

Bəhram Qarabağlı 2018-04-16 15:21:27

Sağlam məntiqli mükalimə və geniş siyasi-iqtisadi təfəkkürlə hər bir vətəndaş Prezident vəzifəsini icra edə bilər! Heç istisna deyil ki, gənc Heydər İlham oğlu Əliyev bütün məsələləri idarə təfəkkürünə cəmləyib, Azərbaycanı gözlənilməz uğurlara aparsın. Düşünün, uğur nədən ola bilər?

Son yazılar