Gürcüstanda prezidentliyə ilk namizəd məlum olub

Dərc olunub: 16/04/2018 - 15:35

zurabaGürcüstanda bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə ilk namizəd irəli sürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Girçi-yeni siyasi mərkəz” adlı partiyanın lideri Zurab Caparidze videomüraciətində prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

O bildirib ki, “Girçi-yeni siyasi mərkəz” partiyası ölkədə əhəmiyyətli dəyişikliklərə nail olub.

Qeyd edək ki, “Girçi-yeni siyasi mərkəz” partiyası 2016-cı ilin aprelində yaradılıb. Siyasi mübarizədə qeyri-adi metodları tətbiq edən partiyada Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin keçmiş tərəfdarları təmsil olunur. Siyasi təşkilat marixuananın istifadəsinin leqallaşdırılması təşəbbüsü ilə çıxış edib. Partiya həmçinin dini təşkilat təsis edərək, çağırışçıları din xadimi kimi qeydiyyata alaraq, onlara həqiqi hərbi xidmətdən azad olmaq üçün arayış təqdim edir.


loading...




Fikrinizi bildirin