REKTOR UNİVERSİTETDƏ QONAQLIQ VERİR - "Bir neçə saatdır universitetə qab-qacaq, yemək-içmək daşıyırlar"

Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva 11 aprel prezident seçkilərində İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə universitetdə qonaqlıq verir.

"AzPolitika.info"ya BSU-dakı mənbələrdən verilən məlumata görə, bu gün saat 18:00-a planlaşdırılan ziyafətdə təxminən 150 qonağın, o cümlədən xarici diplomatların iştirak edəcəyi gözlənilir.

"Günortadan tələbələri evə buraxıblar. Bir neçə saatdır universitetə qab-qacaq, yemək-içmək daşıyırlar" - mənbə bildirib.

Maraqlıdır, Bakıda bu qədər ziyafət zalları, restoranlar ola-ola xanım rektor aş qonaqlığını niyə universitetdə verir?

Digər tərəfdən, bu, mahiyyətcə siyasi tədbir olduğuna görə "Təhsil Haqqında" Qanunun kobud şəkildə pozulmasıdır. Bu qanun təhsil müəssisələrində siyasi partiyaların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol vermir.

 

635x100

Şərhlər

Aydın 2018-04-16 17:02:44

ardı. Hamısının vızifəsi biznesi obyekti multimiyonerlər olub kaROLLAR KİMİ YAŞAYIRLAR. Ölkəni də talamaqda rüşvət almaqda davam edirlər. Vənimizi bir bölük insan 10-15% bölüşdürüb öz araslarında dağıdır talayırlar. QAlan əsas kütlə də çətin vəziyyətdə vtənimizə gələn miyardlarla gəlirdən bəhrələnə bil mirlər. Büdcıni də bu insanlar yeyir. milyardları kredit kimi götürüb yox edirlər. Dünyabnın heç bir ölkəsində belə haqsızlıq ədalətsizlik bərabərsizlik talançılıq yoxdur. Biz əhali sadəcə hamballarıq

Aydın 2018-04-16 17:02:44

Talançılar sevinir biri rəqs edir biri ziafət təşkil edir bir başqası başqa yersizs hərəklər çıxışlar edirlər. Niyə? çüqnki rüşvət korrupsiya talançılıq

NURəddin 2018-04-16 17:02:44

BU QONAQLIQ QƏNİMƏT ƏLƏ KÜÇİRMİŞ BİR DƏSTƏNİN BASQINDAN SONRA ƏYLƏNMƏK ÜÇÜN QURDUĞU KEF MƏCLİSİNƏ BƏNZƏYİR. VƏ BU BELƏDİR! *(Bunlar insan kimi normal sevinməyi də bacarmır.Sevinəndə də müymun kimi seviniorlər. Atılıb-düşərək və hoppanaraq)

Akif 2018-04-16 17:02:44

Əvvəla oxuculara bildirirəm ki,bu qadın "ştatlı deputat" Hadı Rəcəblinin qudasıdır.Bu fakta görə hər kəs anlamalıdır ki,bu qadın da Hadı Rəcəbli və digər məmurlar kimi,şəxsi maraqları naminə,onlara varlanmağa şərait yaratçış hakimiyyətə baş əyirlər.Onlar üçün Vətən və xalq yoxdur....

NURəddin 2018-04-16 17:02:44

Bu qadının təfəkkürünə baxın.Bu arvadın qədərindən artıq dərəcədə sevinməsinin arxasında heç şübhəsiz ki,hansısa böyük bir müəmma dayanır. Bu müəmma o qədər böyükdür ki, arvad özünü normal apara bilmir.O, bu aşırı özünüifadə ilə nə hökmranlıq etdiyi kollektivin, nə də cəmiyyətin qınağındanı belə vecinə almır.

Son yazılar