İrəvanda etirazçılar Konstitusiya Məhkəməsi binasına çatıblar – FOTO

Dərc olunub: 16/04/2018 - 16:58

ef7b0a57-236e-4680-9c0f-372692c470aaErmənistan paytaxtı İrəvanda Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı çıxan etirazçılarla polis arasında növbəti toqquşma baş verib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılar polis kordonunu aşaraq Konstitusiya Məhkəməsi binasına çatıblar.

Onların qarşısı tikanlı məftillərlə kəsilib.

Ermənistan polisi gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı çıxan minlərlə etirazçı İrəvanda bir sıra mərkəzi küçələri bağlayıb. “Çıxış” blokunun parlament fraksiyasının rəhbəri, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyan bildirib ki, onların əsas məqsədi parlamentin sabahkı iclasını pozmaqdır və Ermənistan Milli Məclisinin iclası parlamentdən kənarda olarsa, onlar İrəvana nəzarəti ələ keçirmək niyyətindədirlər.


loading...




Fikrinizi bildirin