"AXI MƏN DƏRDİMİ KİMƏ DEMƏLİYƏM?" - "Hadı Rəcəbli söz verdi, amma..." (Şikayət)

Lənkəran rayonu Tutapeştə kənd sakini Şiriyev Hacıməmməd Rəsul oğlu “Azpolitika.info” saytına şikayət məktubu göndərib. O, saytımızdan probleminin işıqlandırılmasını və müvafiq orqanlara səsinin çatdırılmasını istəyir. H.Şiriyevin müraciətini qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

"Saytınıza müraciət edərək, səsimin eşidilməsini və mənə müvafiq jurnalist yardımı göstərilməsini Sizdən xahiş edərdim. Mən, 1964-cü il təvəllüdlü Lənkəran rayonu Tutapeştə kənd sakini Şiriyev Hacıməmməd Rəsul oğlu 2016-cı ilin aprel ayında piyada qismində avtomobillə vurulmuşam. Ağır bədən xəsarətləri alaraq hər iki ayağımın, çanaq sümüyümün sınması nəticəsində əlil vəziyyətinə düşmüşəm, əmək və hərəkət qabliyyətimi itirmişəm. Əlil arabasından istifadə etməklə hərəkət edirəm.

Əlil olmağımın səbəbi isə Lənkəran şəhər Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin rəhbərlik etdiyi müalicə müəssisəsində həkimlərin üzərimdə apardığı uğursuz və səriştəsiz cərrahiyyə, habelə müalicə əməliyyatlarının nəticəsi olmuşdur. Keçən müddətdən bəri mənə əlillik dərəcəsi təyin edilməsi prosedurunda isə çox gülünc vəziyyət yaranmışdır.

2016-cı ildən bu günə kimi 6 dəfə Lənkəran Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin “xeyirxah” rəhbərliyilə xəstəliyimin vəziyyətilə bağlı elektron formada tərtib edilən bildirişlərdə göstərilən və baxılması üçün Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilən diaqnozlarım orada qəbul edilmir. Göstərilir ki, həmin diaqnozlar natamam və texniki səhvlərə yol verilməklə doldurulmuşdur. Bu səbəbdən əlillik dərəcəsinin təyin edilməsinə imtina cavabı gəlir.

Baş həkim A.Kəlbiyevin əsassız və qanuna zidd hərəkətləri barədə Səhiyyə Nazirliyinə, Lənkəran rayon İcra Hakimiyyətinin başçısına, Milli Məclisin rəhbərliyinə ünvanladığım şikayət və müraciətlərə əhəmiyyət verilmir. Sanki bu baş həkimin kiməsə tabe olması müəyyən deyildir. O, öz hərəkətləri ilə tam sərbəst adam olmağını hamıya sübut edir. Onun qanunsuz hərəkətlərinə heç kim qarışmaq istəmir.

2018-ci ilin fevral ayında Milli Məclisin deputatı Hadı Rəcəbli şəxsən məni Lənkəran şəhərində əlil arabasında qəbul edib. Halımı görəndən sonra söz verdi ki, mənim işimdə mövcud olan anlaşılmaz düyünü açacaqdır və köməklik edəcəkdir. Buna baxmayaraq, Baş həkim A.Kəlbiyev yenə də öz bildiyini edərək deputatın yazılı müraciətinə əhəmiyyət vermədi.

2018-ci ilin 06 aprelində tərtib etdiyi diaqnozda yenidən bilərək səhvlərə və yanlışlaqlara yol verərək, Tibbi–Sosial Ekspertiza İdarəsindən imtina cavabının gəlməsinə nail oldu. Mənim səbrim tükənmışdir. Hərdən düşdüyüm vəziyyətdən çıxış yolu axtarsam da, heç bir nəticəyə gələ bilmirəm. Az qalır ki, özümə qəsd edim.

Mənim həyat yoldaşım milliyyətcə rusdur. O, dəfələrlə baş həkim A.Kəlbiyevdən məsələyə aydınlıq gətirilməsini xahiş etsə də, cavabında baş həkim bildirir ki, “get kimə şikayət edirsən et”.  Belə çıxır ki, yaşadığımız ölkədə vətəndaşları Dövlətimizə və onun rəhbərliyinə qarşı qaldırmaq istəyən qüvvələr mövcuddur və bunu edən şəxslər cəzasız qalırlar. Mən soruşmaq istəyirəm: axi mən dərdimi kimə söyləməliyəm?! Milli Məclis baxmır, Səhiyyə Nazirliyi baxmır, İcra Başcısı baxmaqdan imtina edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxmır. Onda mənə bir yol göstərin, görüm mən nə etməliyəm?

Sizdən artıq dərəcədə xahış edirəm ki, mənım düşdüyüm anlaşılmaz vəziyyətdə köməklik edəsiniz ki, mən Dövlətimizin əlillərə göstərdiyi humanist yardımdan istifadə edə bilim. Mən hazırda çox çətin maddi vəziyyətdəyəm, sosial yardıma ehtiyacım vardır. Sizdən qeyd etdiyim məsələnin açılmasında mənə kömək etməyinizi xahiş edirəm.

Hörmətlə: Şiriyev Hacıməmməd.

Lənkəran rayonu, Tutapeştə kəndi (əlaqə 050- 497-43-57)"

 

635x100

Şərhlər

Pensiyaçı 2018-04-17 00:18:39

Hadının vətəndaşa verdiyi sözün bir çürük qoz qədər dəyəri yoxdur.Özü kimi Müsümovla birləşib, millətin qanını sorurlar. İnanmırsınız,onların mal varlığına ( villa,bağ evləri,biznes) diqqət edin. Yalnız əlillərin və pensiyaçıların talei ilə oynamaqdan başqa iş bacarmırlar

Nadir 2018-04-17 00:18:39

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Şiriyev, Sizin şikayətiniz öz həllini tapmayacaq nəqədər ki, Əmək və Əhalinin Sosial müdafiəsi Naziri Hörmətli S.Müslümov cənablarıdır. Bu nazirlikdən heç kimə şikayət etmə.Hörmətl nazir S.Müslümov heç kimlə hesablaşmır.Mən bu nazirlikdən Azərbacan Respublikası Prezidentinin Administrasiyasına da yazdım xeyri olmadı.Onun qanunsuz hərəkətlərinə heç kim qarışmaq istəmir.Vaallah 100% düz yazırsınız ki,belə məmurlar xalqı Dövlətimizə və onun rəhbərliyinə qarşı qaldırmaq istəyənlərdır.

pensioner 2018-04-17 00:18:39

Siz nahaq yerə Hadı müəllimi narahat etmisiniz.Bu yaxında məlum olub ki,Hadı müəllim şikayət işinə yox,oynamaq işinə baxır.Siz şikayətinizi rayonun rəhbərliyində olan miəllimlərə edin.İşiniz təcili pulsuz həll olunacaq,əmi canı.

Pensiyaçı 2018-04-17 00:18:39

Hadı Rəcəblidən kömək gözləyən ya bu gün.ya sabah ölər.Ya da ki,bir çoxları kimi itihar edər.Onun oynamaqdan vaxtı olmur.Ona görə ərizələrə baxmır və ya onun yazdıqlarına da baxan olmur.Qardaş,millət belə adamların əlində qalıb.Kömək yalnız Allahadır.

Son yazılar