«NATO ikili standartlara son qoymalıdır!» - Çavuşoğlu

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib ki, Türkiyə terrorçuluqla mübarizədə NATO-dan daha böyük kömək və ikili standartlardan imtina etməyi gözləyir.

«Biz, istəyirik ki, terrorçuluqla mübarizədə NATO bizə daha böyük köməklik göstərsin. Bu, təkcə birbaşa dəstək yox, həm də ikili standartlardan çəkilmə olar. Biz, «Zeytun budağı» əməliyyatında (Afrində kürd terrorçularına qarşı) kömək xahiş etmədik. Bu, uğurlu əməliyyatdır. Digər əməliyyatlara, məsələn Rakka əməliyyatına baxın. Orada yüzlərlə dinc sakin həlak oldu...» - deyə, Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Bundan əvvəl, Türkiyə Amerika Birləşmiş Ştatlarını (ABŞ), Fransanı və digər NATO ölkələrini Suriyadakı kürd silahlılarını müdafiə etməkdə günahlandırıb. Belə ki, Ankara bu qüvvələri PKK ilə əlaqəli terrorçu qruplaşma hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar