“Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır” – Deputat

Dərc olunub: 16/04/2018 - 17:12

dde28425-39bb-4c51-bbdf-1b14c116fb7d_292“Təəssüflər olsun ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin iclasında deyib.

O qeyd edib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır: “Yeni texnologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanı başqalarının öhdəsinə buraxılmamalıdır.


loading...




Fikrinizi bildirin