Cəbrayıl köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb
Baxiş sayı:
Dərc olunub:
16/04/2018 - 19:07
İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı avtomobil velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.