Yerevanda aksiya keçirən mitinqçilər "Fransa" meydanında gecələmək istəyirlər

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq paytaxt Yerevanda aksiya keçirən mitinq iştirakçıları marşal Baqramyan prospektindən "Fransa" meydanına qayıdıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə aksiya iştirakçılarına rəhbərlik edən Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, aksiyaçılar parlament binasının yerləşdiyi meydanda gecələmək niyyətindədirlər. Aksiyaçılar həmçinin sabah tətil keçirmək və parlamentin binasını mühasirəyə almaq istəyirlər.

"Kim bu gecə bizimlə qalmaq istəyirsə, onlara minnətdarıq. Sabah bizim vacib işimiz var: - tətil və parlament binasının blokadası", - deyə Paşinyan "Fransa" meydanında keçirilən mitinqdə bildirib.

Paşinyanın rəhbərlik etdiyi aksiyanın iştirakçıları bu gün parlamentin binasına daxil olmağa cəhd göstəriblər. Bu zaman polis onları sıxışdıraraq binadan çıxarıb. Nəticədə onlarla insan xəsarrət alıb.

Mitinqçilər həmçinin marşal Baqramyan prospektindəki düşərgəni "Fransa" meydanına köçürmək istəyir və orada qalmaq istəyirlər.

Sabah parlamentdə Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirəsi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar