Türkiyə NATO-nun çox dəyərli və önəmli müttəfiqidir - Stoltenberq

Türkiyə NATO üçün çox iş görür, o, çox dəyərli, önəmli müttəfiqidir və Şimali Atlantika Alyansında mühüm rol oynayır.AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ankarada keçirilən mətbuat konfransında bildirib.

Stoltenberq, həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu ölkənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatını, ABŞ və müttəfiqlərinin Suriyadakı əməliyyatlarını müzakirə etdiyini deyib. O, NATO-nun heç bir müttəfiqinin terrordan Türkiyə qədər zərər çəkmədiyini qeyd edib.

“NATO-nun buradakı mövcudluğu Türkiyəni dəstəkləmək və ona yardım etmək üçündür”, - deyə Yens Stoltenberq vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar