ABŞ-ın sanksiyaları “Volkswagen”i Rusiyada çökdürür

ABŞ sanksiyaları Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə endirib. Birja keçən həftədən bu yana özünə gələ bilmir.Rusiya ilə bərabər Almaniya iqtisadiyyatı da sanksiyalardan payını alan ölkələrdən sayılır. Musavat.com xəbər verir ki, Almaniyanın “Handelsblatt” qəzetinin yazarları Matias Brüqman və Andre Ballen ABŞ-Rusiya iqtisadi müharibəsinin öz ölkələrinə vurduğu ziyanla bağlı xüsusi yazı qələmə alıb.

“Təkcə imzalanmayan və baş tutmayan sazişlərə görə dəyən zərər bir neçə yüz milyon dollarla ölçülə bilər”, - Moskvadakı Rusiya-Almaniya xarici ticarət palatasından müəlliflərə söyləyiblər. Məqalədə ən böyük zərbənin “Volkswagen” konserninin aldığı yazılıb. Belə ki, şirkət milyarder Oleq Deripaskaya məxsus “Rusal”dan aliminium ala bilməməklə bərabər, yenə də Deripaskaya aid “QAZ” konserni ilə əməkdaşlığı dayandırmağa məcbur qalacaq.

“Təəssüf ki, “QAZ” öz tarixindəki ən yaxşı göstəricilərdən sonra sanksiyalardan dolayı zərər etməyə başlayıb. Bununla bərabər, bizim potensial müştərilərimiz və tədarükçülərimiz də ziyana düşüblər”, - “QAZ” publik səhmdar cəmiyyətinin direktorlar şurasının sədri Ziqfrid Volf rəyini bildirib.

Bununla belə, Volf “Volkswagen”lə “QAZ”ın bundan sonra da əməkdaşlığı sürdürəcəyinə ümid edir. Onun sözlərinə görə, sanksiyalar yalnız şirkətlərin aktivləri arasındakı əlaqələri qadağan edir. Bu cür bağlantılar isə iki qurum arasında mövcud deyil. Məqalədə “Volkswagen”in Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırmağa məcbur edildiyi yeganə alman şirkəti olmadığı vurğulanıb. 2013-cü ildən bu yana “Daimler” şirkəti (məşhur “Mersedes” markalı avtomobillərin istehsalçısı-red.) “QAZ”la birlikdə “Sprinter” furqonlarının yığılmasını həyata keçirirdi. Bundan başqa, “QAZ” şirkəti üçün Almaniyanın Ştutqart şəhərində yerləşən “Liebherr” şirkəti də xüsusi avadanlıqlar tədarük edirdi.

Gəzən şayiələrə görə, “Daimler”in ikinci partnyoru “Kamaz” da sanksiyaların qurbanına çevrilə bilər. “Daimler” həmin şirkətin 15%-lik səhmlərinə sahibdir. Deripaskanın “Rusal”ı isə ümumiyyətlə qərb birjalarından silinir. Onun bütün aktivləri ilə ticarət dayandırılır.

Məqalədə Oleq Deripaska və onu kimi sanksiyalardan zərbə görən iş adamlarının hazırda bütün ümidlərini Kremldən gələ biləcək pullara bağladığı qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar