EKOLOJİ TƏMİZ YUMOR QITLIĞI...

Etibar ƏLİYEV

Böyük Avstriya yazıçısı, Nobel mükafatı laureatı Elias Kanettinin əsərlərinin içərisində “Avtobioqrafiya” xüsusi yer tutur. Onun bu əsərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında düşüncələri diqqətimi cəlb etdi.

Kanetti yazır ki, ötən əsrin 20-ci illərində onunla möhtəşəm görüşlər keçirilirmiş: “Karl Kraus birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun mühazirələrində insanlar ayrı-ayrı gülməzdilər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.

Yumor həqiqətən ciddi işdir. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: “Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır”.

Bizim yumorumuz ekoloji təmizdirmi? İndi ölkədə açıq-aşkar təbii yumor qıtlığı yaşanır. Bizi güldürmək istəyənlər özlərinə auditoriya formalaşdırıblar. Əksəriyyət şou-biznes əhlidir. Bizim gülüş - bu və ya digər qrupa aid olanların gülüşüdür. Yəqin ki, rast gəlmisiniz, vaqonda yol gedən bir qrup adam bir-birilərinə onlar üçün komik olan tarixdən danışıb ürəkdən gülürlər. Sizin onlar kimi gülməyiniz üçün həmin kampaniyanın üzvü olmalsınız.

Yumor qıtlığı lətifə “janrı”nı gücləndirir. Bernard Şou deyirdi: “Yumor iti ağlın məhsuludur”. Tanıdığım bir dilçi akademik kimi görürsə lətifə danışır. Lətifəni qurtarmamış isə birinci özü gülür. Hörmət əlaməti olaraq sən də gülməyə biməzsən.

Nazirlərdən birinə televiziyada sual verildi ki, ən çox nəyə ürəkdən gülmüsünüz. Dedi ki, bir müharibə veteranı orta məktəb müəllimimizin ayağının biri protez idi. Bizi məktəbin həyətinə çıxarmışdı. Bərk əsən külək onun üstünə aşdı və protez ayağı ağacın altında qaldı. Buna gülmüşəm, dedi...

15 il nazir işləmiş bir professor görün nəyə ürəkdən gülüb. Mən o naziri yaxşı tanıyıram, o da lətifə danışa bilmir.

Dahi Berqsonun “Gülüş” adlı məşhur bir əsəri var. O, yazır: “Heyvanın insana bənzər hərəkəti, yaxud pozası bizi heyrətləndirəndə ona gülürük...” Bəs insanın özünü heyvana bənzətməsi? Əlbəttə ki, bu da gülüş yaradır. Kişi qadın davranışı nümayiş etdirəndə ona da gülmürükmü?

Bu saat dəbdə olan “Bu şəhərdə”nin konsertinə televiziyada maraq üçün bir az baxmışam. Rafaellə Coşqun artıq onlara gülən auditoriyanı formalaşdırıblar. Onlar bu auditoriya üçün istənilən şit hərəkətləri çəkinmədən edirlər.

Yaxşı xatırlayıram, “Parni iz Baku” KVN komandasının konsertlərinə rəhmətlik Heydər Əliyev də tamaşa edirdi. Anar Məmmədxanlı və onun komandası intellektual səviyyələri ilə maraqlı yumoristik səhnələr yarada bilirdilər. Zalda xeyli intellektual sifətlərə də rast gəlmək olurdu. Onlar eyni zamanda çəkinmədən dövlət adamlarını parodiya edirdilər.

Vaxtilə oynanılan komediyaların tərbiyəvi xüsusiyyətləri çox böyük idi. O vaxtın aktyorları hamilə qadın qiyafəsinə girərdilərmi, yaxud özlərini heyvana bənzədərdilərmi? Əxlaqları və xarakterləri buna yol verməzdi.

İctimai yerlərdə gənclərin davranışlarına fikir verirsinizmi? Dəridən-qabıqdan çıxırlar ki, kimisə güldürsünlər. Təlxək gənclik formalaşıb. Gənclərə bütün bu təlxəklikləri fərdalar, coşqunlar və rafaellər aşılayıb.

Televiziyalarda addımbaşı onların reklamı verilir. Ekologiyası çirklənmiş yumoru bizim “intellektual” televiziya rəhbərləri mənzilimizə doldururlar.

Məncə onlar da vaqon səyahətçiləri kimi ayrıca bir qrup təşkil edirlər...

635x100

Şərhlər

noqay - a 2018-04-17 17:54:38

Yazınızın 1-ci hissəsi ilə tam yox, 2-ci hissəsi ilə tam razıyam.

noqay 2018-04-17 17:54:38

Bir konsertin ki, leksikonunda personajların dilində bol-bol eşşək, heyvan, sıpa, qoduq, heyvərə və s. kimi müracitətləri işlədilir, kobud-kobud təhqirləər sələndirilir, hansısa səvoyyəsiz tamaşağı zümrəsi isə bundan ləzzət alıb qaqqanaq çəkib gülür, bunu normal bir şey saymaq olarmı? Bu zövqsülük, şitlik onların tamaşasında olan müsbət nə varsa onun da içinə bir pud təzək boşaldır, zibilə döndərir. Camaat onuların konsertinə ona görə gedir ki, bu xaraba şəhərdə ondan başqa məzəli tamaşa yoxdur.

noqay 2018-04-17 17:54:38

Bir də dünyanın hansı ölkəsində belə bir axmaq praktika var ki. prodyuser və ya senarist tamaşadan əvvəl ya sonra səhnəyə dırmaşıb yarım saaat özünəvurğuncasına özünü tamaşaçının gözünə soxsun, əllaməlik etsin, özünü tərifləsin, mükafatlar paylamaqla özün sevdirməyə çalışsın? Belə də görməmişlik olar? Bu ölkədə 1 nəfər teatrşünas, tənqidçi. incəsənət xadimi tapılmır ki, o subyektə desin- "ay bala, belə olmaz, bu əbləhlikdir!!!"

Suallar 2018-04-17 17:54:38

Mən başa düşə bilmirəm niyə bəziləri əməkdar artistlərmiz Coşqun və Rəfailin yumorunu duzsuz, şit sayır?Niyə onların konserti anşılaqla respublika sarayında həftələrlə davam edir?Niyə onların səhnəciklərinə öndə oturan məşhur xalq artistlərimiz qəh-qəhə ilə gülürlər?Məgər dövlət adamlarını parodiya etmək daha çox gülməlidir?Coşqun və Rəfailin səhnəciklərinin sadə personajları məgər indi bizim armızda yoxdurmu?Xalq onları sevməsə onların konsertinə rayonlarımzda, Rusiyada, hətta Londonda bilet alarlarmı?Konsertlərə gələnlər bu xalqın nümayəndələri deyilmi, mən başa düşmürəm bəzilərimiz niyə özünü xalqdan yuxarı tuturlar? Əlbətdə razıyam ki bəzən çox az hallarda səhnəciklər yaxşı alınmır.

müəllim 2018-04-17 17:54:38

Aktual problemlərə biganə olmadığınız üçün təşəkkürlər! Əsl ziyalı belə olmalıdır. Qaldı Rafaellə Coşquna, Fərda ilə Elməddinə, onlar nəyə gülməsi ilə xalqımızın nə səviyyədə olmasını göstərirlər. Teatrlarımız ciddi bir ssenari böhranı keçirir. PS. Lətifə danışdığını dediyiniz dilçi isə Nizami Cəfərovdur. Dilçiliyi kimidir lətifələri də.

alı 2018-04-17 17:54:38

Ugurlu ibarədit Etibar müəllim-"TƏLXƏK GƏNCLİK".Rəfailləri, Coşqunlari, Fərdaları, Soşu-Şəmiləri, Elməddinləri və sairləri ekrana çıxarıb millətin gözünü mozol edən, bu təlxəkliyi millətin beyninə yeridən TELEKANALLAR, daha dogrusu TELEKONALİZASİYALARDİR.Sanki bu qarşıya qoyulmuş mərsəddir və bir siyasətdir.Xalqimizın adət və ənənələri ilə daban dabana zidd olan nə varsa bu gədələrin vasitəsi ilə təblig edilir abır ismət deyilən məvhum ayaqlar altına atılır QƏSDƏN ABIRSİZLAŞDIRILIRIQ.

Son yazılar