«Rusiyadan S-400 aldığına görə, NATO Türkiyəni qınamır» - Stoltenberq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyadan S-400 zenit-raket kompleksləri (ZRK) almasını Türkiyənin suveren hüququ olduğunu bildirib.

O, qeyd edib ki, bu sistemin NATO hava hücumundan müdafiə (HHM) sisteminə inteqrasiya olunması problemli olardı, amma hələlik Türkiyədən belə sifariş daxil olmayıb.

«Bu, suveren hüquqdur. Amma NATO nöqteyi-nəzərindən əsas məsələ onların bizim HHM sisteminə inteqrasiyasıdır. Hələlik Türkiyə onların inteqrasiyasını sifariş etməyib. Ona görə də indiki halda bizim narahatlığımız yoxdur» - deyə, Stoltenberq Ankaraya səfəri zamanı Türkiyənin NTV telekanalına verdiyi müsahibədə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar