Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək öldü

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

"Report" un xəbərinə görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib.

635x100

Şərhlər

həkim 2018-04-17 10:40:30

Bəli,hətta həkimə pulsuz xidmət göstərilmir.Səhiyyənin isə "tərifi" göylərdə!Qiymətlərə nəzarət yox,kim neçə istəsə verməlisən.Verməsən öl! Hətta dövlət xəstəxanaları da pulsuz adama belə bu qəriban həkim kimi baxırlar.Bu Səhiyyəsi belə inkişaf etmiş,Şirəliyevin nazir olduğu nazirliyə eşq olsun.Kişini yerindən tərpədən yoxfdur.Qohumçazlıq ölkəsi,iflasa doğu irəli!

vəkil 2018-04-17 10:40:30

çox deqiq işverenlik edirsiniz ! saglam adamin xəstəxanada nə işi var ay tupoylar bəs insan harada ölər ? əlbətdəə xəstəxanada paqonlular pul almag uçun sizlərdən məharətlə istifadə edir...

Son yazılar