“BELƏ MƏMURLARLA VAXT İTKİSİNƏ YOL VERƏ BİLƏRİK” - Mehdiyevdən dəyişiklik anonsu

Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafı baxımından müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur.

Virtualaz.org xəbər verir ki, bu tezislər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini “AzərTAc” yayıb.

Ramiz Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.

Məqalədən sitat: “Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir: “Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”.

Ramiz Mehdiyev bildirir ki, prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin müsahibələrindən birindən aşağıdakı sitatı gətirir: “Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.

R.Mehdiyevə görə hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.

Administrasiya rəhbəri yazır ki, Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının “fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.

İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan “maneələri” asanlıqla dəf etməyə imkan verir.

Ramiz Mehdiyevin fikrincə dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması bir-birini tamamlamalıdır. “Bu baxımdan ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi iqtisadi islahatların gedişi ilə sinxronlaşdırılır və bu da, öz növbəsində, iqtisadiyyatın səmərəli tənzimlənməsinə əlverişli şərait yaradır”-Mehdiyev yazır.

Administrasiya rəhbəri onu da yazır ki, idarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.

Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

R.Mehdiyev daha sonra bildirir: “Azərbaycanın dövlət idarəetmə aparatında nəzərdə tutulan dəyişikliklər ölkənin mövcud reallıqlarına cavab verməklə yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə uyğun olaraq həyata keçirilir. Konstitusiyaya əsasən ali icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir”.

635x100

Şərhlər

ARİF 2018-04-17 10:38:58

GÖRÜNÜR MƏMURLARIN DƏYİŞDİRİLMƏSİ İLƏ ƏLAQƏGAR OLARAQ HƏKİMLƏRİN ALDIQLARI ORTA ƏMƏK HAQQI 150-200 MANATDAN, MÜƏLLİMLƏRİN ALDIĞLARI ƏMƏK HAQQI İSƏ 285 MANATDAN YUXARI OLACAQDIR.

bakili 2018-04-17 10:38:58

qalinin qaqa yaman yaziib aaa

Azrail bey 2018-04-17 10:38:58

bu tebligatin tesir gücü "0"-dır. tekrarlanan vedlerden sonra umid de ölüb. her seyini pula satan (ferq etmir hansi milletden puluveren var) shou biznes ehli, maviler ve onlara budceden talanan pullari sepeleyen prataksionist qruplasma ile bosalmaqda olan olkede size ugurlar

hərbi pensiyaçı 2018-04-17 10:38:58

Brejnev nəvəsindən soruşur: Böyüyəndə kim olmaq istəyirsən? Nəvəsi cavab verir: Baş katib! Brejnev bir qədər fikirləşəndən sonra deyir: Mərkəzi komitədə ikinci Baş katib yeri yoxdur. (Brejnevin cavabı rus dilində: зачем нам два Генерального секретарья)

Mакс Kалинин 2018-04-17 10:38:58

Напрасный труд! Нет, их не вразумишь: Чем либеральней, тем они пошлее; Цивилизация для них фетиш, Но недоступна им её идея. Как перед ней ни гнитесь, господа, Вам не снискать признанья от Европы: В её глазах вы будете всегда, Не слуги просвещенья, а холопы.

o.b.n 2018-04-17 10:38:58

Məgər bu kadırlar Sizin deyidimi?

valeh 2018-04-17 10:38:58

Baki şeherinde bezi icra hakimiyyeti orqanları rehberleri özlerini rayonun ağası hesab ederek mehkeme hakımıyyetine zerbe vuraraq özbaşına qerarlar vererek vetendaşların qanuni haqlarını tapdalayır,dövletin imidcine zerbe vururlar.düşünürem Bakıda onların bütün selahıyyetlerini tam olaraq Belediyye orqanlarına vermek lazımdır. Belediyye rehberi de 3 ilden artıq seçile bilmesin. belke bele Korrupsiyanın qarşısını almaq mümkündür.

Cəbrayıl 2018-04-17 10:38:58

Nazirlər kabineti, icra başçılrı tam tərkiblə dəyişməlidir.Bu 25-26 ildə nazirlər nəzarətsizlik və özbaşınalıqdan çox yoğunlayıblar, evladları harınlayıb.Azad edilənlərin altından özbaşınalıqları,,rüşvət,korrupsiya çıxdı.Yerdə qalanları da o gündədir.Bunu heç yoxlamağa ehtiyac yoxdur.Nəzarət olmayan ( yuxarı eşalonda )yerdə belə halların olduğu realdır.Hələ ola bilsin ki,bu nəzarətsizlik bilərəkdən baş verib.Bu daha dəhşətlidir.Odur ki, yeni,təmiz qohum,quda, region nəzərə almadan təmiz kadr seçilməlidir.

Arif Qədimov 2018-04-17 10:38:58

Faktiki olaraq bugün yüksək dövlət aparatında çalışan məmurların əksəriyyəti demək olar ki,öz şəxsı bizneslərini artırmaqdan başqa dövlətimizin,vətəndaşlarımızın xeyrinə heç bir iş görməyiblər.Hansının adı çəkildısə rüşvətxor,korrupsioner,xarici ölkələrdə milyonlarla dəyəri olan villaları,Ziya Bünyadov kimi dahi bir alimin ölümünün səbəbkarı,qaçqin və köçkünlərin pulu hesabına milyonçu,nəzir qutularına göz dikən çıxdı.İyirmi ildə məmurların bizə verdiyi bu oldu.Çənab Mehdiyev düz buyurur təcili dəyişiklik..

Elçin 2018-04-17 10:38:58

Çox yaxxşı olardı ki, kadr siyasətinə elə özündən başlasın ərizəsini prezidentə təqdim edib desin ki daha qocalmışam birazda gedim dincəlim, əgər bu addımı atsa Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq.

R-n 2018-04-17 10:38:58

Kimden kime shikayet.....

Cavidan 2018-04-17 10:38:58

İNdiki yüksək vəzifəli məmurlarla 25 il itirdik.Məcburi Dözdürdülər. Rüşvətxorluq.korrupsiya.büdcə yeyintləri aşdı-daşdı.Bunların içərisində bir nəfər də olsun təmizi.bulaşmayanı qalmayıb.inanmayan onların mal varıqlarına baxsın.Bəs yen beləmi dvam etməlidir? O zaman Azərbaycanı harada axtaraq.hansı siyahidə neçənci olacağıq? Bunu bir düşünən varmı? Amma vaxtdır!Milləti rəzil günə qoyublar.

Cavid Hüseynli 2018-04-17 10:38:58

Belə məmurlarla 25 ildir irəli gedə bilmədik.Yalnız tənəzzül oldu.Belə məmurlara hansı ehtiyacdan rəhbərlik bu qədər il səs çıxarmadı? Niyə və nə səbəbə? Maraqlı deyilmi? Buna qohumbazlıq,qudalıq,kirvəlik mane oldu? Bəs indi necə olacaq?

pıs-pısa 2018-04-17 10:38:58

Yol əhvalatı filmindəki paşa demişkən:gecikmək olmaz". Bu məmurları da Sizlərə o Sarı gədə verməyib ki......

Hörmətli ARİF BƏYƏ 2018-04-17 10:38:58

Bismillahir-Rəhmanir-Rəhim. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar siyasi hakimiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi elmi əsasda aparılmalıdır. Ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır. Vallah-billah saf-çürük etmək vaxdır. İctimaiyyətin gözünə “kül üfürən” bəzii nazirlərdən qutarmaq lazımdır.Çox təəssüflər olsun ki,onlara “gözün üstə qaşın var”deyən yoxdur. “Atalar yaxşı deyiblər ki, ət iylənəndə duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir? Hərənin ağzından bir fikir çıxır və elə bir fikir yaradırlar ki, guya onlardan yoxdur. Haşiyə:Ilan qabığını dəyişər, xasiyyətini dəyişməz.

cəngərlik sakini 2018-04-17 10:38:58

"BÜTÜN CANLILAR ÖLÜM ACISINI DADACAQ"

ARİF 2018-04-17 10:38:58

Məmurların bu günə düşməsinin əsas səbəbi nəzarətsizlikdir.

Müəllif 2018-04-17 10:38:58

Azerbaycan 25 il vaxt, 20 faiz erazi, 100 milyardlarla servet itirib...

Rahib Vəliyev 2018-04-17 10:38:58

Doğrudur,möhtərəm prezident neqativləri,görüləcək işləri xatırladır və bunların vacibliyini vurğulayır.Bəs məmurlar tapşırıqları necə yerinə yetirir? Buna nəzarətin olmaması Azərbaycanı bu günə salıb.İcra yarımçıq olanda ya heç olmayanda möhtərəm prezidentin imicinə ziyan gəlir,müxtəlif haqlı narazılıqlara səbəb olur.Ona görə yeni formalaşdırma zamanı ohumbazlıq,itaətkarlıq prinsipindən uzaqlaşmağın vacibliyi diqqətə alınmalıdır.Mövcud nazirnazir müavini,İcra bşçılarının evladlarının vəzifələrə təyini yanl

t.ədalət 2018-04-17 10:38:58

Vəzifəsinə uyğun olmayanlardan biri də səfərbərlik və hərbi çağ.üzrə dövlət departamentinin rəisi gen.Arzu Rəhimovdur.Bu adam çalışdığı gündən bəri döyüş müydanda sınaqlardan çıxmış veteran və müh.əlilləri ilə əlaqədən yayınmışdır.Gənclər arasında hərbi vətənpərvərlik işi apara bilməmişdir.Pensiyaçı hərbiçiləri şəxsi marağına görə ətrafına toplamaqla rəhbərlik etdiyi sahədə gənclərin perspektivinin qarşısını almışdır.Hərbi biliyi olmadığına görə,o ,pensiyaçı hərbiçilərin hesabına işini qurur.

Son yazılar