"Rəhbər vəzifələrə qəbul imtahanlarında az namizəd iştirak edir" - Məleykə Abbaszadə

Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər namizəd, yəni 3000-dən çox insan iştirak edib.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şərq Tərəfdaşlığı ölkələrində dövlət sektorunda müasir liderlik və potensial quruculuğu layihəsinə (PADAS II) həsr olunan seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, A inzibati rəhbər vəzifələri üçün olan imtahanlarda çox az insan iştirak edib.

Bunu namizədlərdə liderlik keyfiyyətinin az olması ilə izah edən M.Abbaszadə əlavə edib ki, A növü üzrə imtahanda iştirak üçün 127 namizəd qeydiyyatdan keçmişdi. Onlardan 125-i imtahanda iştirak edib və yalnız 41 nəfər uğur qazanıb. Hazırda bu vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var.

M.Abbaszadə qeyd edib ki, ölkə üzrə DİM tərəfindən dövlət qulluğuna məsləhətçi vəzifəsinə qəbul olunan 202 nəfər öz vəzifəsində yüksəlib.

Dövlət qulluğu üzrə ən aşağı vəzifə olan məsləhətçi vəzifəsinə qəbul edilən 32 nəfər hazırda dövlət təşkilatlarında şöbə müdiri, 32 nəfər şöbə müdirinin müavini, 138 nəfər sektor müdiridir.

M.Abbaszadə dövlət qulluğunda yüksəlməni göstərən bu göstəriciləri çox yaxşı dəyərləndirib.

635x100

Şərhlər

namizədlədən biri 2018-04-17 11:10:47

Niyə? Ona görə ki, bütün etaplardan yalnız yuxarı vəziflilərin tapşırığı üzrə olan namizədlər keçirdilərək,sonda istədikləri işlə təmin olunurlar.Sadə vətəndaşlar isə müxtəlif yollarla növbəti etaplarda səpələnirlər.Bna görə narahatlığınızı işərinizdə araşdırın.

t.ədalət 2018-04-17 11:10:47

Ali təhsil diplomu almış birisinin DİM-lə "yoxlanılması" absurddur.Bu yolla istəmədikleri adamların işə qəbul yolu üzərində "tələ qururlar".İndi hər kəs haqqında elektron yaddaş var.DİM-dən keçənlər o yaddaş vasitəsi ilə "saf-çürük" edilir.Digər respublikalardan fərqli olaraq,bizimkilər öz biliyini belə gərəksiz formaların axtarışı üzərində qururlar.Amma ordudan qaçan,övladlarını cəbhə xəttindən yayındıranlar haqqında "elektron yaddaş"da heç nə yoxdur.

Son yazılar