"Gələcəkdə buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

"Əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməlidirlər. Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, əvvəlki illərin məzunları qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar.

DİM sədrinin sözlərinə görə, bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə qalması planlaşdırılır.

635x100

Şərhlər

t.ədalət 2018-04-17 11:50:29

Öz dilimizdə düşünün Məleykə xanım!Mövqeyinizdən rus iyisi gəlir.İnanın ki,rus mövqeyinin sonuna az qalır.Artıq millətlərin taleyinə ağrılar gətirən Rusiyaya qarşı dünya səfərbər olub.Təhsilimizdə problemlər yaradanlar hələ də rusca fikirləşirlər.Milli təəssübkeşliyi olmayanlar inkişafımıza çox böyük əngəllər törədirlər.Kənardakılar kimin nə işlə məşğul olduğunu yaxşı görürlər.

zakon 2018-04-17 11:50:29

Elə eləyinki savadsız cəmiyyət yaransın.imkan cerəyin kaslbların oxumağına.Türküyədə oxuma səfərbərliyi elan olunub.bizimkilər milləti geri cəkir.ALLAH cəzanızı bol eləsin

Son yazılar